Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Gözümüzü dünyaya BUNLAR AÇACAQSA...
Gözümüzü dünyaya BUNLAR AÇACAQSA...21-11-2023, 10:39 |
Ümumiyyətlə nəyin reklamı gedirsə mən çalışıram ondan uzaq durum. Hara baxırsan Dünyagöz klinikasının reklamı gedir. Özüdə Dünyagöz Xəstəxanası yox, Hastanesi yazırlar. Elə bil bunlar Azərbaycanda yox, Türkiyədədirlər. Ən azından insanlarını aldadıb pul qazandığınız ölkənin dilinə hörmət edin. Deməli, bir il öncə reklama aldanıb getdim Dünyagöz Hastanesinə. Reklamda cəmi 40 manata müayinə edəcəklərini yazırdılar. 40 manatı ödəyib qalxdım həkimin qəbuluna. Bir türk var idi - Mahmud hoca. Mahmub hoca mənə baxmamış dedi get gözlərini tamaqrafiya elətdir. Tamaqrafiyaya gedəndə mənə dedilər düş aşağıda 180 manat ödə gəl. Dedim bəs niyə yazmısınız ki, cəmi 40 manata müayinə edirik? Uzun sözün qısası 40 manatı da geri ala bilmədim, gördüm əsəblərim korlanacaq, onlara tüpürüb çıxıdım. Bu keçən il olub. Bir neçə gün öncə poliklinikamızın həkimi məsləhət gördü ki, gözlərimə linza qoydurum. Bir yaxın qohumum saqqızımı ogurladı ki, Dünyagözdə Fərəh həkim var, gözlərimi ona etibar edim. Tibbi sığortadan göndəriş götürüb yollandım o XARABAYA. Məni təm-təraqla qarşıladılar. Dedim yəqin hər şey artıq düzəlib. Və məni yönləndirdilər Fərəh Abduləliyevanın qəbuluna. Bir neçə saatdan sonra növbəm çatdı. Fərəh həkim gözlərimi yoxladı və mənimlə çox gobud danışdı. Səbrimi birtəhər basdım. Aparatda gözlərimi yoxladıqca komputerdə əyləşən xanıma tibbi terminlərlə nələrisə diktə edirdi, o da yazırdı. Sonda mənə dedi keç o biri otağa Səbinə xanım sizi başa salacaq. Səbinə xanım komputerdə yazılanlara baxıb bildirdi ki, iki həftədən sonra gələrsiniz, gözlərinizə linza qoyulacaq. Gələndə özünüzlə min manat da pul götürərsiniz. Soruşdum ki, ay xanım bəs mən sığorta ilə gəlmişəm axı. Dedi dayı, sığotra ilə gitayski qoyulur. O da məsləhət deyil. Fərəh xanım sizə amerikanski linza yazıb. Zəng vurdum TƏBİBƏ, mənə bildirdilər ki, sığorta xətti ilə bütün ölkəyə amerika istehsalı linzalar təklif olunur. İndi fb-də reklamda qarşıma çıxdı ki, Dünyagöz Hastanesində sığorta ilə amerikanski linza qoyuruq. İnsanları aldadaraq qazandığınız paralar bununuzdan gəlsin, inşallah. Gedin görüm öz ölkənizdə bu dələduzluğu yapa bilərsinizmi. Sizə burada dələduzluq üçün bu münbit şəraiti yaradanlara da ar olsun. Elə məmurlarımız var ki, pul üçün hər.şeyə gedərlər. Güya TƏBİB bilmir ki, Dünyagöz nə hoqqalarda çıxır? Sadəcə sığortadan ödənilən məbləğı yarı bölurlər, vəssalam. Bu yaxınlarda TƏBİBİN sahibi qızına etdiyi toyu görmədiniz? Müəllif: Zərdabi Abbasov - Mənbə: Teref, Xocanın Bloqu Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |