Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Səhiyyə nazirliyində TENDER HOQQABAZLIĞI...
Səhiyyə nazirliyində TENDER HOQQABAZLIĞI...25-11-2023, 16:44 |
Bakıda fəaliyyət göstərən 4 nömrəli Uşaq Vərəm Sanatoriyası ilə bağlı müəmmalı olaylar baş verir. Qaynarinfo xatırladır ki, sanatoriyanın sökülməsi və onun yerində 100 çarpayılıq Birləşmiş Şəhər Xəstəxanasının tikilməsi nəzərdə tutulur. Bir müddət əvvəl Səhiyyə Nazirliyi Birləşmiş Şəhər Xəstəxanasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib. Həmin tenderin qalibi BİMD Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. Təklifin qiyməti 295 800 AZN olub. Yəni, şirkət layihə-smeta sənədlərinin bu qiymətə hazırlayacağını bildirib, nazirlik də təklifi qəbul edib. Noyabrın 20-də dövlət satınalmalarının vahid elektorn portalına bununla bağlı daha bir məlumat yerləşdirilib. Məlum olur ki, Birləşmiş Şəhər Xəstəxanasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasını "Hinal Proje” MMC həyata keçirəcək. Bu şirkətin təklifinin qiyməti isə 127 440 AZN-dir. Beləliklə, aydın olur ki, layihə-smeta sənədlərinin hazırlanmasının qiyməti 295 800 AZN-dən 127 440 AZN-ə düşüb (fərq 168 360 manat). Bu halda baha qiymət təklif edən BİMD MMC-nin qalib seçilməsi anlaşılmır. Yeri gəlmişkən, BİMD MMC-nin qalib seçildiyi tender barədə Qaynarinfo-da məlumat gedib. Həmin məlumatda layihə-smeta sənədlərinin baha qiymətə hazırlanması xüsusi qabardılıb. Görünür, bu, müəyyən dairələrin də diqqətini də çəkib və bundan sonra tenderin ləğv edilməsi və yenidən müsabiqə keçirilməsi qərara alınıb. Mənbə: “Qaynarinfo” Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |