Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Əgər ölkənin ən böyük bankı bu gündədirsə..."

"Əgər ölkənin ən böyük bankı bu gündədirsə..."


27-11-2023, 12:54
"Əgər ölkənin ən böyük bankı bu gündədirsə..."
"18.11.2023-cü il tarixi, 19:51 radələrdə 4169 7387 2195 2855 nömrəli kartımda heç bir əməliyyat aparmadığım halda, OTP kod istənilmədən ardıcıl olaraq 10 GBP, 20 GBP, 50 GBP, 100 GBP və 40 GBP (total: 220 GBP=475.17 AZN) məbləğ naməlum səbəbdən ATAJET LİMİTED tərəfindən məxaric olunmuşdur.
Bununla bağlı dərhal müraciət etmişdim.

Hal-hazırda Kapital Bank-dan əməkdaş əlaqə saxlayıb ödənişin Apple Pay-lə olunduğunu və 8 noyabr mənim bunu təsdiq etdiyimi dedi. Mən belə əməliyyatı təsdiq etməmişəm. Bankın təzə müştəri başdansovma variantı da budur? Hüquqlarımı bilən vətəndaş olaraq bu gün polis və məhkəmə müraciətimi həyata keçirəcəm. Sıradan vətəndaşı başdan salmaq bu qədər asan olmamalıdır. İctimati qınaq tələb edirəm!

Əgər respublika səviyyəsində belə böyük bankla insident yaşayırıqsa, pulumuzu hara əmanət edək?!"

"Əgər ölkənin ən böyük bankı bu gündədirsə..."

Şikayətçi: Sona Məmmədli - Mənbə: «Şikayətim Var» SQ
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt