Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Filiallarınız həmin çıxarışı niyə vermir?"

"Filiallarınız həmin çıxarışı niyə vermir?"


29-11-2023, 11:44
"Filiallarınız həmin çıxarışı niyə vermir?"
"1 illik, möhürlü hesabdan çıxarış başqa banklarda bütün filiallarda verildiyi halda niyə sırf sizdə "Port Baku"dan alınmalıdır?" Bunu "Paşa Bank"a xitabən öz etirazında Filologiya üzrə fəlsəfə doktoru, müstəqil ekspert Elyar İslamoğlu qeyd edib.
Ekspert daha sonra yazır: "Filiallarınız həmin çıxarışı niyə vermir?
Daha əvvəl Abasqulu Ağa Bakıxanov filialında həmin çıxarışı aldığım halda indi verilmədi və yalnız Port Bakudan ala biləcəyim deyildi.
Üstəlik də Azərbaycan Beynəlxalq Bankının pulsuz, Kapital Bankın 5 manata verdiyi bir illik möhürlü çıxarışı 30 manata öz müştərinizə satırsınız.
Çox təəssüf.
Müştərilərinizə azacıq hörmətiniz olsun..."

Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt