Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Nə vaxta kimi övladlarımın boğazından kəsib kirayələrə verəcəm”
“Nə vaxta kimi övladlarımın boğazından kəsib kirayələrə verəcəm”1-12-2023, 10:37 |
Vətən müharibəsi qazisi Xanəliyev Elşən Çingiz oğlu iddia edir ki, av almaq üçün mənzil növbəsinə dayansa da, ona təklif edilən komplekslərin girişində əlilliyi olanlar üçün müəyyən şərait yoxdur. E. Xanəliyev Yeniavaz.com-a müraciətində bildirib ki, o, “Hövsan Yaşayış Kompleksi”ndəki evlərdən biri ilə təmin olunmasını istəyib, lakin ona hazırda bunun mümkün olmadığı bildirilib. Sosial Xidmətlər Agentliyindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş Elşən Xanəliyev 3 noyabr 2022-ci ildə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülüb: “Vətəndaşın sənədlərinə baxılıb və ailə tərkibi nəzərə alınmaqla Bakı şəhərində üçotaqlı mənzillə təmin edilməsi nəzərdə tutulub. Ona Sabunçu rayonu, Ramana qəsəbəsində və Kürdəxanı qəsəbəsində yerləşən yeni yaşayış komplekslərindən birində tam təmirli, üçotaqlı mənzil təklif edilsə də, bundan imtina edib və Hövsan qəsəbəsində mənzillə təmin edilməsini tələb edib. Qeyd edilən qəsəbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına üçotaqlı mənzillər veriləcəyi təqdirdə vətəndaşımızın mənzil təminatına mövcud qanunvericiliyə uyğun olaraq baxılacaq”. Qeyd edək ki, E.Xanəliyev Vətən müharibəsi zamanı 2020-ci ilin oktyabr ayının əvvəllərində Cəbrayıl istiqamətində yaralanıb. O, Vətən müharibəsində göstərdiyi şücaətlərə görə “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Mənbə: "Yeniavaz.com" Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |