Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Naxçıvanda sakinlər DONUR: `Şikayətimizə baxan yoxdur...`
Naxçıvanda sakinlər DONUR: `Şikayətimizə baxan yoxdur...`1-12-2023, 10:46 |
Naxçıvan şəhər Qoçüstü məhəlləsində yerləşən bir neçə çoxmərtəbəli bina soyuq günlərdə istiliksiz qalıb. Buna səbəb qazanxanaların normal fəaliyyət göstərməməsidir. Bu haqda “Gündəlik Naxçıvan”a sakinlər məlumat verib. Sakinlər deyir ki, qazanxanalar binaları tam qızdırmaq gücünə malikdir. Lakin, qazanxanalara rəhbərlik edən Müzəffər adlı şəxs mənzillərə normal istilik verilməsini qadağan edib. Həmin binaların birində yaşan M. Qazıyev deyir ki, bu özbaşınalıqdan yuxarı orqanlara şikayət edənlər isə polislə hədələnirlər: “Ötən il sovetlər dövründən qalan qazanlarından biri deşilmişdi deyə, bir müddət soyuqda qaldıq. Bu il hər biri 50 min manat dəyərində olan bir neçə yeni qazanlar qoyulub. Amma, sakinlər yenə də soyuqda qalıb. Müzəffər adlı sahə rəisinin tapşırığı ilə normal istilik verilmir. O, şikayət edənləri polislə hədələyir. Deyir ki, hara istəyirsiniz şikayət edin. Mən belə istəyirəm, buranına ağası mənəm”. Digər sakin Y. Cabbarov da binalara istiliyin verilməməsindən şikayətlənir: “Bu il ümumiyyətlə istilik sistemləri işləməyib. Sistem donmasın deyə, yalnız ilıq su vurulur. Bu binalarda yüzlərlə sakin yaşayır. Sabah gəlib pul tələb edəcəklər. Şikayətimizə baxan yoxdur. Qazanxana işçiləri deyir ki, sahə rəisi tərəfindən onlara isti suyun təzyiqini artırmaq qadağan olunub. Getdim Müzəffər müəllimin yanına şikayətə. Heç də xoş qarşılamadı. Məni təhdid etdi. Biz məcbur qalıb, elektrik qızdırıcılardan istifadə edirik. Bu isə, əlavə vəsait tələb edir. Bu binaların əksər sakinləri kasıb adamlardır. Qazanxanalrımız ola-ola niyə elektrikə artıq pul ödəyib evlərimizi qızdırmalıyıq. Çoxunun imkanı olmadığından, bunu da edə bilmir və məcbur soyuqda qalır. Heç olmazsa köprə uşaqları düşünsünlər”. Sakinlər mətbuat vasitəsi ilə aidiyyəti qurumlara müraciət edərək, məsələnin həll olunmasını istəyirlər. Mənbə: “Gündəlik Naxçıvan” Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |