Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Yevlax sakini bacısına görə canına qıyacaq - Sabah Prezident Administrasiyasının qarşısında…

Yevlax sakini bacısına görə canına qıyacaq - Sabah Prezident Administrasiyasının qarşısında…


24-02-2014, 14:34
Yevlax sakini bacısına görə canına qıyacaq - Sabah Prezident Administrasiyasının qarşısında…
DİA.AZ: - Daha bir intihar təşəbbüsü Yevlaxdan gəldi. Belə ki, illərdir ağır xəstə olan Ülviyyə Sadiqovanın qardaşı, Yevlax rayon C.Məmmədquluzadə küçəsi ev 4 ünavnında yaşayan Telman Sadiqov bu gün DİA.AZ-a etdiyi müraciətində sabah saat 12-də Prezident Administrasiyasının qarşısında özünü yandıracağını bəyan edib.

Telman Sadiqovun DİA.AZ-a verdiyi açıqlamaya görə 4 ildir ki, bacısı qaraciyər serriozundan əziyyət çəkir: «Bacımın əməliyyat olunması üçün donor da tapılıb. Amma pul olmadığından əməliyyatı həyata keçirə bilmirik».

Telman Sadiqov bildirir ki, sabah yeganə çıxış yolu kimi seçdiyi intihara ələ atacaq: «Mən bütün imkanlı şəxslərə müraciət etmişəm. Amma səsimi eşidən olmayıb. Bacımın həyatda qala bilməsi üçün yeganə çıxış yolum intihardır. Bəlkə bundan sonra bacımın əməliyyat olunmasına kömək edələr».

Geri qayıt