Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "İki ildir küçələrdə QALMIŞAM..."

"İki ildir küçələrdə QALMIŞAM..."


6-12-2023, 09:24
"İki ildir küçələrdə QALMIŞAM..."
Ağsuda Şəhid ailəsi narazılıq edir. 1-ci Qarabağ Savaşı zamanı şəhid olmuş Xəlilov Mirfəti Məmməd oğlunun həyatt yoldaşı Qəribə xanım bildirir ki, onlara dövlət tərəfindən 2020-ci ildə tikilərək verilmiş ev qəzalı vəziyyətdədir.

Evdə yaşayışın rəsmən qadağan olunduğunu bildirən Şəhid ailəsi qeyd edir ki, 2 ildir küçələrdə qalmasına baxmayaraq... onun şikayətlərini eşidən yoxdur.

Narazı vətəndaş Prezident İlham Əliyevə müraciət edərək köməklik istəyir:

"Mənim ümidim cənab Prezidentədir. İki ildir ki küçələrdə - kirayələrdə sürünürük. 7 nəfərlik ailə ilə çöldə qalmışıq. ƏƏSMN tərəfindən bizə ttikilən ev FHN tərəfindən "qəzalı" elan olunub və bizim evə buraxılmağımız qadağan edilib.

Bizi eşidən yoxdur, bizə köməklik edin..."

Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...


Geri qayıt