Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Paytaxtın 4 rayonunun baxçalarında icra edilən “3 dəfə isti yemək” layihəsinin iflası

Paytaxtın 4 rayonunun baxçalarında icra edilən “3 dəfə isti yemək” layihəsinin iflası


20-12-2023, 17:20
Paytaxtın 4 rayonunun baxçalarında icra edilən “3 dəfə isti yemək” layihəsinin iflası
Jurnalist Məhəmmədəli Qəribli etdiyi videoçıxışda Təhsil Nazirliyinin paytaxtın 4 rayonunda həyata keçirdiyi pilot layihənin necə özünü doğrultmadığından ətraflı danışıb. Həmin çıxışda bildirilir ki, paytaxtın: Nəsimi, Səbail, Nərimanov və Nizami rayonlarındakı uşaq baxçalarını əhatə edən layihənin başlıca məqsədi uşaqları gün ərzində 3 dəfə isti yeməklə təmin etmək olub.

Ancaq yalnız sözdə əməl olunan layihənin uğursuzluğu sözügedən rayonlardakı baxçaları yenidən öz daxillərində yemək bişirməyə vadar edib. Yəni “köhnə hamam, köhnə tas” olmağına baxmayaraq, layihə icraçıları hər uşaqdan isti yemək təminatı adı ilə gün ərzində əlavə iki manat qazanmış olurlar.

Ən dəhşətisi isə budur ki, bu uğursuz layihəni növbəti ildən paytaxtın daha 4 rayonuna tətbiq etmək istəyirlər.

Azinforum.az jurnalistin bu məzmunda etdiyi videoçıxışın tam versiyasını təqdim edir:


Geri qayıt