Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Əmlak ekspertindən tanınmış şirkətə qarşı İLGİNC İTTİHAM

Əmlak ekspertindən tanınmış şirkətə qarşı İLGİNC İTTİHAM


26-12-2023, 12:17
Əmlak ekspertindən tanınmış şirkətə qarşı İLGİNC İTTİHAM
“Kristal Abşeron” qədər ölkədə qanunları kobud şəkildə pozan 2-ci tikinti qurumu tapmaq çətindir.

Tribunainfo.az xəbər verir ki, bu barədə əmlak eksperti Ramil Osmanlı yazıb. O, “Kristal Abşeron”un özünəməxsus qaydalarından bir neçəsini sadayalıb:

“Avtomobil yolları, piyada səkiləri, yol çiyinləri ilə bağlı bütün normativ hüquq aktları kobudcasına pozur, həmin hissələri qeyri-qanuni zəbt edir, zəncirlətdirir, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin 2, bəzi hallarda hətda 3 zolağını zəbt etməsinə məcburi şərait yaradır.

“Kristal Abşeron”un ölkədə qanun olduğundan xəbərsiz olan əməkdaşları gecə saatlarında həyətyanı sahələrdə nəqliyyat vasitəsinin saxlanmasına mane olur (bu həm də qaraj sahələrinin satılması üçün bir vasitədir), bu qaydalardan xəbərsiz olan bir qonaq həyətdə maşın saxlayıbsa gecə saat 1-də, 2-də belə əməkdaşlar sahə mülkiyyətçilərinin bir-bir qapısını döyür, onları narahat edir. Adam başa düşmür ki, həyətyanı sahə sahə mülkiyyətçilərinin ümumi əmlakıdır (Mənzil Məcəlləsi, Maddə 35.)
Mülkiyyətçi bir ətək pul verib səndən mənzil alıb ki, ona darğalıq edəsən? Şirkətin rəhbəri Ağalar Vəliyev Mənzil Məcəlləsinin və digər qanunların qəbul olunmasına səs verib!!!
Mənzil idarəçiliyini qeyri qanuni mənimsəyib, sakinlərin hüquqlarını pozur, toplanan kommunal vəsaitlərlə bağlı sakinlərə hesabat vermir. Bunlar kiçik bir hissədir”.

“Kristal Abşeron” sakini Zaur Əliyev də bu şirkətin qanunsuzluqlarından boğaza yığılıb. O bildirib ki, şəxsən şirkətin tikdiyi binalardan birində qalır və binaların keyfiyyəti bərbaddır:

“Binalara belə işıq sistemini ən ucuz kabellər vasitəsilə çəkiblər. Bizim binada nə qədər kabel dəyişmək olar”.

Geri qayıt