Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Mingəçevirdə Az.Dres sakinləri həkim çatışmazlığından şikayət edirlər
Mingəçevirdə Az.Dres sakinləri həkim çatışmazlığından şikayət edirlər26-12-2023, 12:47 |
Mingəçevir şəhər Az.Dres qəsəbəsinin sakinləri həmin ərazidə yerləşən 2 saylı Ailə Sağlamlıq Mərkəzində həkim çatışmazlığının olduğunu bildirirlər. Bu barədə Yeniavaz.com-a danışan qəsəbə sakinləri deyirlər ki, 50 mindən çox insana xidmət göstərən səhiyyə müəssisəsində həkim çatışmazlığı ciddi problemlərə səbəb olur. Daha ətraflı: Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Faiq Abdullayev Yeniavaz.com-a bildirdi ki, problemdən xəbərdardırlar: “Mingəçevir Şəhər Xəstəxanasında həkim çatışmazlığı yaşanır. Vətəndaşların müraciətinə baxılmasının nəticəsi barədə TƏBİB-ə məktub ünvanlanıb. Xəstəxananın yeni strukturunun təsdiqlənməsi üçün TƏBİB-ə müraciət edilib. Yeni struktur təsdiq edildikdən sonra 2 saylı Ailə Sağlamlıq Mərkəzinin tam şəkildə fəaliyyət göstərməsi və bütün ixtisaslardan olan həkim mütəxəssislərlə təmin edilməsinin həyata keçirilməsi nəzərdə tutulub”. Geri qayıt |