Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Müştəri istəsə də... istəməsə də...

Müştəri istəsə də... istəməsə də...


29-12-2023, 10:57
Müştəri istəsə də... istəməsə də...
“Unibank” Ucard sahiblərinə istəmədikləri halda məcburi yeni kredit xətti açır.

Tribunainfo.az xəbər verir ki, bu problemlə “Unibank” müştərisi Sübhan Babayev üzləşib. O bildirib ki, buna etiraz etsə də, adına yeni kredit xətti açılıb:”Dünən “Unibank” əməkdaşı zəng edərək bildirdi ki, bizdə müştəri olmusunuz, bu səbəbdən ucard-ınızda (debet kartdır) kredit xətti açılıcaq. Bildirdim ki, istəmirəm. Bank əməkdaşı təkidlə bildirdi ki, bayrama kimi bütün ucard sahiblərinə kredit xətti açılmalıdır. Deyirəm, xanım, mən adımda öhtəlik istəmirəm, deyir, narahat olmayın, xərcləməsəniz heç bir öhtəlik olmayacaq. Sual verirəm ki, bəs digər bankdan kredit götürəndə adımda görsənməyəcək ? Bir daha vurğulayır ki, xeyr, görsənməyəcək. Bir daha bildirdim ki, istəmirəm, deyir yoxe, mütləq açılmalıdır. Daha sonra bildirdim ki, məsələni aydımlaşdırmaq üçün mən sabah filiala yaxınlaşaram, deyir ki , xeyr indi siz 8117-yə ok yazıb göndərməlisiniz. Deyirəm, məni məcbur edə bilməzsiniz ki, kredit xətti açılsın. Sonda da heç bir sms göndərməyəcəyimi bildirib danışığı sonlandırdım”.

Müştəri istəsə də... istəməsə də...

Mənbə: Tribunainfo.az
Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt