Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Naxçıvanda İKİHAKİMİYYƏTLİLİK...

Naxçıvanda İKİHAKİMİYYƏTLİLİK...


4-01-2024, 12:40
Naxçıvanda İKİHAKİMİYYƏTLİLİK...
"Şəxsən mənim gəldiyim qənaətə görə, “Arkoz”la Naxçıvan hakimiyyəti arasında mübahisələrin əsl səbəbi “canişin” əfəndinin “xan” rejimindən qalmış köhnə kadrlara güvənməməsidir. Odur ki, tikintilərdə keyfiyyətin yoxlanılması və təhvil alınması prosesini hökumət qurumlarına yox, özəl şirkətə tapşırıb. “Arkoz” isə bu prosesin köhnə komandadan qalma məmurlar tərəfindən aparılmasında maraqlıdır. Yəqin ki, yenə də “köhnə hamam, köhnə tas” rejiminin davam etdirilməsi üçün". Bu iddia ilə tanınmış jurnlist Heydər Oğuz çıxış edib.
"Məsələ burasındadır ki, “canişin” əfəndi bunu açıq etiraf edə bilmir və nəticədə mübahisələr bitib-tükənmir" - deyə qeyd edən jurnalist daha sonra yazır:
Fikrimcə, məsələnin bu şəkildə dalana dirənməsinin əsl səbəbi yarımçıqlıqdır. Amma söhbət təkcə aparılan tikintilərin tam inşa olunmamasından da getmir. Naxçıvandakı yarımçıqlığının daha fundamental əsasları var. Ümumiyyətlə bu diyarda inzibati-idarəetmə islahatları yarımçıq aparılıb; köhnə strukturlar tamamilə buraxılmadan ona bir də Prezidentin xüsusi nümayəndəliyi sistemi əlavə olunub. Beləliklə, Muxtar Respublikada faktiki ikihakimiyyətlilik yaranıb və bu da öz neqativ təzahürlərini bütün sahələrdə büruzə verir.
Ümid edirəm ki, ən geci, qarşıdakı Prezident seçkilərindən sonra Naxçıvandakı ikihakimiyyətliliyə son qoyulacaq, ya əvvəlki strukturlar saxlanılıb, nümayəndəlik sistemi ləğv olunacaq, ya da əksinə, köhnə struktur öz yerini nümayəndəliyə buraxacaq. Məncə, ikinci ehtimal ağla daha yaxındır. Hətta məndən olsa, Naxçıvanın muxtariyyət statusunu tamamilə ortadan qaldırıb onu bütün mənalarda Azərbaycanın tərkib hissəsinə çevirərdim.
Sözsüz ki, Naxçıvan probleminin həllində mənim yox, Prezidentin fikri əsas rol oynayacaq. Prezidentin nə düşündüyünü isə özündən başqa bilən yoxdur.

dia-az.life



Geri qayıt