Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > 30 saniyəlik xidmətin az qala BİR ÖMÜRLÜK BƏDƏLİ...
30 saniyəlik xidmətin az qala BİR ÖMÜRLÜK BƏDƏLİ...7-01-2024, 11:52 |
"Mən "Azpulmat"dan 330 manat götürmüşdüm. İndi 470 manat faiz gəlib üstünə... Onların məni məhkəməyə vermək səlahiyyətləri var, yoxsa yox? Çünki bəzi adamlar deyir ki, bu qurum bağlanacaq..." Qeyd edək ki, bu gileylə "Müşəriyəm Şikayətim Var" sosial qrupunda Murad Məmmədli adlı istifadəçi çıxış edib. Görünəni odur ki, narazılıq edən vətəndaş əslində, barəsində yerli KİV-də yeərincə uyarı xarakterli yazılar olan bir şirkətin toruna düşüb. “Azpulmat” adlı aparatlar 2018-ci ildə dövlət qeydiyyatına alınan “Azpul” MMC adlı şirkətə məxsusdur. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti, ev 89, 3159-cu məhəllədə yerləşir. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Vəliyev Tural Gəray oğludur. 1981-ci ildə Gəncə şəhərində anadan olan Vəliyev Tural Gəncə Dövlət Universitetində təhsil alıb. 2005-ci ildən bank sektorunda fəaliyyət göstərib. Tural Vəliyev “Gəncə Bank” SKB, “Royal Bank of Baku” ASC-nin Gəncə filialı, həmçinin “Nikoil Bank”ın Gəncə filialında çalışıb. 2009-2014-cü illərdə “Nikoil Bank”ın Gəncə fililalının müdiri olub. 2014-cü ildə Bankdakı vəzifəsindən çıxarılıb. Daha sonra “Nikoil Bank” ilə Tural Vəliyev arasında məhkəmə çəkişməsi olub. Tural Vəliyev “Azpul” MMC-ni təsis etməzdən əvvəl - 2017-2018-ci illərdə “Giləzi Quşçuluq” şirkətində mühasib işləyib. dia-az.life Geri qayıt |