Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bu səhiyyə ocağının fəaliyyətini bir arşdıran olsa...

Bu səhiyyə ocağının fəaliyyətini bir arşdıran olsa...


10-01-2024, 11:51
Bu səhiyyə ocağının fəaliyyətini bir arşdıran olsa...
2023-cü ilin sonunda bir ailə üzvümüzü ağır vəziyyətdə Sabunçudakı 3 saylı xəstəxanaya çatdırdıq.
Bu xəstəxana haqqında çox pis rəylər eşitmişdim.
İndi öz gözlərimlə görüb şahidi oldum.
Burada xəstə sözün əsl mənasında taleyin ümidinə buraxılır.
Tam nəzarətsizlik, özbaşınalıq hökm sürür. Həkim, tibb bacısı və s., hərə öz qayda-qanunu xəstə sahiblərinə sırıyır, pul qopardır.
Qapıdan yuxarı, yuxarıdan qapıya.
Hər addımda belədir. Əsasən də Nəzakət adlı doktorun başbilənlik etdiyi terapiya şöbəsində.
Qohumuma münasibətdə də neqativ halları gördüm.
Yanlış müalicə, qeyri-peşəkar yanaşma xəstəni daha da ağırlaşdırıb komaya saldı.
Məcbur olub "Semaşko" dediyimiz klinikaya apardıq.
Sağ olsun oranın rəhbərliyi, həkimləri. Az da olsa, ümid yaradıblar.
Müalicələri qismən effekt verib. Hərtərəfli qayğı, xidmət göstərirlər.
İkisi də dövlət tibb müəssisəsidir. Amma fərqli vəziyyət görürük.
Sabunçuda da bunu etmək olmazdımı?
Əlbəttə ki olardı. Yəqin özlərinə əziyyət vermək istəmirlər.
Bu xəstəxana müalicə etməkdənsə, xəstələrin həyatına son qoymaqla ad çıxardıb.
Xəstəxananın kandarından içəri ayaq basanda adam dəhşətə gəlir. Sanki Amerika vahimə filmlərinin real qəhrəmanına çevrilirsən.
Xəstəxanada şəfa tapmaqdan çox xəstəlik tapmağa köklənirsən. Hər şey də təbii ki işin təşkilindən qaynaqlanır.
Əlbəttə ki vicdanlı, peşəkar həkimlər, əməkdaşlar da var. Ancaq necə deyərlər, həmişə qurunun oduna yaş da yanır.
Elə bu yaxınlarda bəhs etdiyim Sabunçu xəstəxanasında səhv diaqnoz səbəbindən ölüm hadisəsi baş verib.
Gənc bir oğlana şəkər diaqnozu qoyulub, müalicə yazılıb. Amma qızılca imiş. İynə-dərman gənci komaya salıb, dünyasını dəyişib.
Yəqin bunun günahını da boyunlarından atacaqlar...
Terapiv şöbəsində Nəzakət doktor elə bil tapşırıq yerinə yetirir.

Sima Babayeva - dia-az.life

Geri qayıt