Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Əli Həsənovun qaynından prezidentə şikayət olundu

Əli Həsənovun qaynından prezidentə şikayət olundu


28-02-2014, 14:20
Əli Həsənovun qaynından prezidentə şikayət olundu
DİA.AZ: - Kəlbəcər rayonundan məcburi köçkün düşən Aynurə Əli qızı Muxtarova redaksiyamıza şikayət məktubu ilə müraciət edib. Narazı vətəndaş DİA.AZ-a yazdığı müraciətində Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsindəki ədalətsizlikdən şikayət edir.

A.Muxtarova redaksiyamıza yazır: «1993-cü ildən etibarən Gəncə şəhərində yerləşən 4 saylı internatın yataqxanasında məskunlaşmışam. Gəncə şəhər FHN-nin xüsusi xidasetmə növbəsində feldşer (gizir) vəzifəsində işləyirəm. 2002-ci ildə ailə həyatı qursam da, bir il sonra ayrıldıq. Boşandıqdan sonra keçmiş həyat yoldaşım yol qəzasında dünyasını dəyişdi. 2003-cü ildən ayrı təsərrüfatam və kommunal xərclərimi özüm ödəyirəm».

Öz müraciətində prezident İlham Əliyevə müraciət edən Kəlbəcərdən məcburi köçkün düşmüş vətəndaş bildirir ki, bu ilin fevral ayının 5-də məcburi köçkünlərə ev verilərkən, onun müraciətləri nəzərə alınmayıb: «Cənab prezident, məni təhqir etdilər. Mənə dedilər ki, boşandığıma görə evlə təmin oluna bilmərəm və hətta məsləhət də gördülər ki, valideynlərimin himayəsində qalmalıyam.

Bakıdan gələn nümayəndələr, yəni «Qaçqınkom»un rəhbəri Əli Həsənovun Elman adlı qaynı yerlipərəstlik edərək, marağında olan adamlara ev versə də, mənim yaşayış sahəsilə təmin olunmağımla bağlı müraciətlərimi qulaqardına vurur.

Halbuki, onun iştirakı ilə həmin yataqxanada yaşamayan, kənarda evi olan ailələr, subay oğlanlar qanunsuz olaraq məcburi köçkünlər üçün tikilən binadan ev alıblar. Mən isə bu gün tənha qadın olaraq ortalıqda qalmışam, kimsə də mənə kömək etmək istəmir. Sizdən xahiş edirəm, mənə problemimin həllində köməklik edin».

Geri qayıt