Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İsmət Abbasova qarşı şok ittihamlar var - Amma faktlarla bağlı addım atılmayacaq
İsmət Abbasova qarşı şok ittihamlar var - Amma faktlarla bağlı addım atılmayacaq28-02-2014, 15:07 |
DİA.AZ: - «İsmət Abbasovla bağlı çox mühüm sənədlər hüquq-mühafizə orqanlarına anonim qaydada ötürülsə də, bu barədə hər hansı ölçü götürülməyib». Bu ilginc faktı DİA.AZ-a açıqlayan mənbə iddia edir ki, söhbət İsmət Abbasov kənd təsərrüfatı naziri olarkən Dünya Bankının xətti ilə KTN sisteminə ayrılan 10 milyon manata yaxın vəsaitin ayrı-ayrı adlar, müxtəlif bəhanələr altında mənimsənilməsini sübut edən sənədlərdən gedir. Məlumatı verən mənbə iddia edir ki, konkret dəlil-sübutlara söykənən sənədlər müvafiq dövlət qurumlarına göndərilib: «Amma anonim qaydada. Təbii ki, burada anonimlik əsas deyil. Və bu gün İsmət Abbasovun vəzifə tutması, yenidən görəvləndirilməsi onu çox ciddi ittihamların hədəfi olmaqdan yayındırıb». Daxil olan məlumatlarda həmçinin o da qeyd olunur ki, lakin həmin faktlarla bağlı daha az səlahiyyətli şəxsləri «vurmaq» mümkündür: «Yəni faktlar mütləq dəyərləndiriləcək. Yaxın günlərdə belə bir addım atıla bilər». Geri qayıt |