Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Naxçıvan MR Təhsil Nazirliyi hansısa hazırlıq kursunun qeyri-rəsmi filialına çevrilib
Naxçıvan MR Təhsil Nazirliyi hansısa hazırlıq kursunun qeyri-rəsmi filialına çevrilib15-01-2024, 08:14 |
Naxçıvan Təhsil Nazirliyi şagirdləri zorla sınaq imtahanına cəlb etməklə məşğuldur. Ovqat.com-a bu barədə adının çəkilməsini istəməyən bir müəllim məlumat verib. Müəllimin bildiriyinə görə, Naxçıvanda istinasız olaraq bütün məktəblərin WhatsApp qrupları var. Bu qrupların yaradılmasının səbəbi müəllimləri tədris prosesi barədə məlumatlandırılması olsa da, əslində hər həftə keçirilən sınaq imtahanları müzakirə olunur. Üstəlik, bu sınaq imtahaları əslində könüllülük əsasında keçirilməlidir, Naxçıvan məktəblərində isə məcburi hal alıb. “Heydər bəy, bir uşaq üçün 18 manata sınaq imtahanımı olar? Özü də məcburi, bütün günü direktorlar wp qruplarina səs atır sinif rəhbərlərinə tapşırırlar ki, uşaqları sınağa göndərin. Sınaqdan başqa tapşırıq yoxdur. Niyə ancaq bunlar öz mənafelərini düşünürlər?”, - deyə redaksiyamıza göndərilən mesajda bildirilir. Şikayətçinin iddiasına görə, növbəti sınaq imtahanı bu ayın 27-nə təyin olunub: “Ayın 27-sinə sınaq salıblar, adını da məcburidir qoyub camaatı canlarından bezdirirlər. Neçə dəfə nazirliyə şikayət olunsa da ki, bu qiymətə sınaq olmaz, məcburi deyilən bir sınaq yoxdur, ancaq bunu qulaq ardına vururlar. Sinifdə uşaqları digər yoldaşlarının yanında xar edirlər ki, get pulu gətir, sınağa qatıl. Direktorlar da elə bir pula satılıblar. Zəhmət olmasa, buna bir münasibət bildirin, soruşun ki, niyə belə edirsiniz? Görək etdiklərini bu dəfə boyunlarından atacaqlarmı?” Müəllim Naxçıvan Təhsil Nazirliyinin ancaq bahalı sınaq imtahanı keçirməsini bu quruma yeni təyin olunmuş nazir əvəzinin keçmiş vərdişləri ilə əlaqələndirir. Bildirilir ki, həm nazir müavini, həm də nazir əvəzi təyin olunan Elxan Nəcəfov vaxtilə “Hədəf” kurslarının sınaq alış-satış şöbəsində işləyib və keçmiş təcrübəsinə əsaslanaraq indi də Naxçıvan təhsil sistemini bütövlüklə məcburi sınaq imtahanları məkanına çevirib: “Elxan Nəcəfov bilirsinizsə Astara-Lənkərən regional təhsil şöbə müdirindən əvvəl uzun müddət “Hədəf” kurslarında sınaq alış satış şöbəsində olub. İndi də onun sınaqlarını(n keçirilməsini) məcbur edir. Hər ay 4 sınaq, bir bazar günü ibtidailər - 1-4(-cü siniflər)ə, o biri bazar günü 5-8 siniflər, o biri bazar (günü) 9-11(-ci siniflərə) buraılış, o biri bazarda 9-11 blok imtahanları”. Müəllim iddialarını təsdiqləmək üçün Naxçıvan məktəblərinin WhatsApp qruplarında paylaşılmış bir imtahan cədvəlini də göndərib. Cədvəldə 27 Yanvar tarixində keçirilməsi planlaşdırılan sınaq imtahanlarının tarixi, qiyməti və digər məlumatlar əks olunub. Geri qayıt |