Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ziya Kazımov nazirliklə ÜZ-ÜZƏ...

Ziya Kazımov nazirliklə ÜZ-ÜZƏ...


16-01-2024, 13:38
Ziya Kazımov nazirliklə ÜZ-ÜZƏ...
“Tərtər İşi” çərçivəsində 9 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Azərbaycan ordusunun zabiti Ziya Kazımov Müdafiə Nazirliyini məhkəməyə verir.

Gununsesi.info-nun əldə etdiyi məlumata əsasən onun bu addımına səbəb 44 günlük Vətən Müharibəsi iştirakçısı kimi ona verilməli olan orden və medalların indiyədək verilməməsidir.

Qeyd edək ki, Ziya Kazımov xüsusi təyinatlıların tərkibində Şuşanın, Hadrutun və digər işğaldakı rayonların azad olunmasında xüsusi qəhrəmanlıqları ilə seçilən hərbçilərdən olub.

İddia ərizəsində qeyd olunur ki, Müdafiə Nazirliyi Ziya Kazımova orden və medalların verilməsi üçün Prezidentə təqdimat verməyib.

“Halbuki, Vətən müharibəsi zamanı verilən döyüş tapşırıqlarının yerinə yetirilməsi və iştirakı nəzərə alınaraq 30.09.2021-ci il tarixində 212 nömrəli hərbi hissə komandiri general-leytenant Mayis Bərxudarov tərəfindən “Şuşa uğrunda”, “Cəbrayıl”, “Xocavənd”, “Füzuli” rayonlarının azad edilməsi, “Cəsur döyüşçü”, “İgidliyə görə” medallarına və “Rəşadət ordeni”nə təqdimatı verilşimdir” deyə şikayətdə vurğulanır.

Geri qayıt