Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Baş həkim öz razılığı olmadan vəzifəyə təyin olunub?

Baş həkim öz razılığı olmadan vəzifəyə təyin olunub?


16-01-2024, 15:07
Baş həkim öz razılığı olmadan vəzifəyə təyin olunub?
"Naxçıvan MR Perinatal (Doğum) Mərkəzi ilə bağlı araşdırmalarımın ilkin nəticələrinə görə, tibb müəssisəsinin icraçı direktorunun və baş həkiminin vəzifələrinə təyinatı qanunvericiliyə uyğun aparılmayıb.

Əvvəla, icraçı direktor tibb işçisi olmadığı halda bu vəzifəyə gətirilib. Halbuki, Azərbaycanda xəstəxanaların icraçı direktoru vəzifəsinə bir qayda olaraq yalnız tibb mütəxəssisləri təyin olunurlar. Bunu TƏBİB-dən aldığım məlumat da təsdiqləyir.

İkincisi, Baş həkimin öz razılığı olmadan bu vəzifəyə təyin olunduğu təsbit edilib. Nəticədə 66 yaşlı və ciddi sağlamlıq problemləri olan bir insan bilərəkdən, yaxud qəsdən müzakirə mövzusuna çevrilib.

Sual olunur: Prezident seçkilərinin getdiyi bir zamanda bu cür mübahisəli təyinatlar nə üçün həyata keçirilib?

Ümid edirik ki, Naxçıvan MR Səhiyyə Nazirliyi hələ də böyük səbrsizliklə gözlədiyimiz rəsmi açıqlamasında bu müəmmalara da aydınlıq gətirəcək.

Heydər Oğuz - Ovqat.com-un Baş redaktoru
dia-az.life

Geri qayıt