Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > AZAL-ın yeni rəhbərindən ENDİRİM GÖZLƏYİRDİK... O İSƏ...
AZAL-ın yeni rəhbərindən ENDİRİM GÖZLƏYİRDİK... O İSƏ...18-01-2024, 12:11 |
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hazırki rəhbəri Samir Rzayev Beynəlxalq Hava Limanında avtomobillərin parklanması qiymətlərini artırıb. Gununsesi.info-nun məlumatlarına görə, hava limanında avtomobil parklanmasının qiyməti əvvəlki dövrlə 2 dəfəyədək bahalaşıb. Bundan başqa AZAL-ın yeni rəhbərinin daha bir “sürprizi” Beynəlxalq Hava Limanında ofisi olan xarici aviaşirkətlər, bankların valyutadəyişmə məntəqələri, kargo şirkətləri və restoranlar üçün olub. Artıq 2024-cü ildən etibarən Beynəlxalq Hava Limanındakı ofislər, valyutadəyişmə məntəqələri və anbarlar üçün qiymətlər yeni bahalaşdırılmış tariflərlə hesablanır. Bahalaşma ilə bağlı Hava Limanından şərh almaq mümkün olmayıb. Geri qayıt |