Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Övladları 1-ci sinifdə oxuyan valideynlər şikayətçidir
Övladları 1-ci sinifdə oxuyan valideynlər şikayətçidir1-02-2024, 11:22 |
Suraxanı rayonundakı 317 nömrəli məktəbin "1 B" sinif şagirdlərinin valideynləri tərəfindən Hurriyyet.az saytına şikayət məktubu daxil olub. Valideynlər sinif rəhbəri Nargilə Nəsirovadan şikayətçidirlər. Onlar iddia edirlər ki, Nargilə Nəsirova 1-ci sinif şagirdlərinə əzab-əziyyət verərək, onların psixologiyasını pozur. Şikayətçilər iddia edir ki, sinif rəhbəri uşaqların yanında lazımsız sözlərdən, söyüşlərdən istifadə edir. "Dəfələrlə məktəb rəhbərliyinə məlumat versək də, heç bir tədbir görülmür. Uşaqları qulaqlarından tutub yerə çırpır", - deyən valideynlər əllərində video-görüntü və səs yazılarının olduğunu bildirirlər. Qeyd edək ki, şikayətçilərin redaksiyamıza göndərdiyi video-görüntünü də oxucularımıza təqdim edirik. Geri qayıt |