Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Yoldaş Dadaşovanın ABSURD QƏRARLARI...

Yoldaş Dadaşovanın ABSURD QƏRARLARI...


3-02-2024, 10:09
Yoldaş Dadaşovanın ABSURD QƏRARLARI...
Az əvvəl Naxçıvanın Kənd Təsərrüfatı naziri əvəzi Xəyalə Dadaşova ilə bağlı ilginc iddiaların yer aldığı materialı təqdim etmişdik.

Naxçıvanın Kənd Təsərrüfatı naziri kollec məzunudur – ŞOK İDDİA

dia-az.life bildirir ki, məsələ ilə əlaqədar yeni faktlar üzə çıxıb. Bu barədə tanınmış jurnalist Heydər Oğuz paylaşım edib.

Jurnalist bildirir: "Ən maraqlısı nədir, bilirsinizmi? Naxçıvanın Kənd Təsərrüfatı nazir əvəzi Xəyalə Dadaşova təkcə nazirliyin hüquqşünası Gülşən Hacıyevanı işdən azad etməyib. Onu və nazirliyin aparat rəhbəri Zəkəriyyə Gözəlovu 5 nəfəri qanunsuz işə götürdüyünə görə vəzifələrindən uzaqlaşdırıb. Üstəlik, həmin 5 nəfəri də onların gözünə qatıb. Qısası bir əmrlə 7 nəfərin işinə xitam verib.
Daha sonra isə işdən çıxardığı 5 nəfəri yenidən işlərinə qaytarıb. Gülşən Hacıyeva və Zəkəriyyə Gözəlov isə indiyədək bütün instansiyalara baş vurmalarına baxmayaraq bu səadətə qovuşa bilmirlər.
Adama deyərlər, əgər o 5 nəfərin işlə təminatı qanunsuz idisə, onda özün niyə yenidən həmin səhvə yol veribsən? Yox əgər qanuni idisə, niyə onları işə götürənləri cəzalandırırdın?"

Yoldaş Dadaşovanın ABSURD QƏRARLARI...
Yoldaş Dadaşovanın ABSURD QƏRARLARI...
Yoldaş Dadaşovanın ABSURD QƏRARLARI...
Yoldaş Dadaşovanın ABSURD QƏRARLARI...

Geri qayıt