Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Abşeron icra hakimiyyətində kadr dəyişikliyi gözlənilir

Abşeron icra hakimiyyətində kadr dəyişikliyi gözlənilir


4-03-2014, 14:14
Abşeron icra hakimiyyətində kadr dəyişikliyi gözlənilir
DİA.AZ: - Abşeronun icra başçısının durumunun gərgin olduğunu hələ xeyli əvvəldən diqqətinizə təqdim etmişdik. DİA.AZ-a bu istiqamətdən yeni məlumatlar daxil olub. Belə ki, Abşeron RİH-dəki mənbələrin bildirdiyinə görə, icra başçısı Zakir Fərəcov hələ də öz işçilərindən şübhələndiyindən bir müavinini və iki şöbə müdirini vəzifəsindən ala bilməsi üçün hərəkətə keçib.

Xatırladaq ki, son günlər mətbuatda barəsində yazılan faktların - xüsusən də yerli RİH tərəfindən yol verilən maliyyə maxinasiyalarının detallı şəkildə ictimailəşdirilməsinin ardından Zakir Fərəcov öz çevrəsinə «yenidən baxmaq» zorunda qalıb. Və nəticədə şübhələndiyi çevrəni müəyyən edib.

Məlumatlı mənbənin dia-az.life-a bildirdiyinə görə, Zakir Fərəcov hesab edir ki, artıq «casus şəbəkəsini» ifşa edib: «Amma təbii ki, istənilən bir kadr dəyişikliyini «yuxarılar» üçün əsaslandırmaq lazımdır. Həm də Zakir Fərəcov o qədər böyük etimad sahibi deyil ki, RİH-dəkilərlə bağlı müstəqil qərar verə bilsin».

Onu da bildirək ki, hakimiyyətiçi kürd qruplaşmasının himayəsi altında olan Zakir Fərəcov Bakı şəhər icra hakimiyyətinin başçısı postuna iddialı idi. Amma vaxtından əvvəl bu ambisiyalarını elan etməsi ona baha başa oturub. Nəticədə onu himayə edən qüvvələr də arxasından çəkilib.

Geri qayıt