Əsas Səhifə > Güney Press, Manşet, Reklam > "Bəs niyə pul ödəndiyi halda 4 gündür xidmət göstərmirsiniz?"
"Bəs niyə pul ödəndiyi halda 4 gündür xidmət göstərmirsiniz?"12-02-2024, 13:07 |
“Hörmətsiz Azercell! Ödəniş olunmazsa Tarif paketi bitən saniyədə xidməti dayandırırsınız. Yaxşı eləyirsiniz. Bəs niyə pul ödəndiyi halda 4 gündür xidmət göstərmirsiniz? Ödəniş olunub, tarif paketi yenilənib, danışıq dəqiqələri verilib, amma internet yox. Niyə?”. Tribunainfo.az yazır ki, bu barədə problemlə üzləşən PR menecer Nəsimi Paşayev sosialəbəkədə yazıb. O bildirib ki, 4 gündür eyni sözü deyirlər – müraciətiniz texniki şöbəyə yönləndirilib: “Paketdəki danışıq dəqiqələrini də ancaq sizə xərcləmişik. Normal şirkət problemi aradan qaldırmaq üçün müvəqqəti internet xidməti verməlidir. Araşdırmadan sonra problem müştəridə olsa onun pulunu ala da bilər. Amma sizdə müştəri məmnuniyyəti də yoxdur. Guya hələ siz qlobal şirkətsiniz. Daş düşsün təpənizə”. Qarşı tərəfin də mövqeyini işıqlamdırmağa hazırıq. Geri qayıt |