Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İranpərəst qüvvələr Bakıda «Hizbullah»ı təbliğ edir
İranpərəst qüvvələr Bakıda «Hizbullah»ı təbliğ edir5-03-2014, 14:35 |
DİA.AZ: - Son günlər vəhabilərin Azərbaycanda reputasiyaları ciddi şəkildə zərbə altında qaldığından, bu hal onlardan təhlükəlilik baxımından heç də geri qalmayan iranpərəst dindar cameənin əl-qolunu açıb. Bu barədə DİA.AZ-a ötürülən informasiyada qeyd olunur ki, Qarabağı burda qoyub, Suriyada savaşa yollanan Azərbaycan vəhabilərinin son iki ayda sıraları ciddi şəkildə seyrəlib: «Rəqəmlər qeyri-dəqiq ola bilər. Amma təxminən 1000-dən artıq gənc ayrı-ayrı vəhabi rəhbərlərin çağırışlarına yox deyiblər və bir o sayda da azərbaycanlı vəhabi təriqətindən üz döndərib. Təbii ki, burada həm vəhabilərə qarşı ictimai qınağın güclənməsi müstəsna rol oynayıb, həm də onların gəncləri Suriyada, Əfqanıstanda naməlum müharibəyə cəlb edilməsi ciddi təsir göstərib». Məlumatda həmçinin bildirilir ki, son iki ayda sıraları seyrələn vəhabilərlə müqayisədə iranpərəst dindarların sayları artıb: «Onlar da təhlükəlidirlər. Bakıda İranın nəzarəti altında olan adamların yönəltdiyi məscidlərdə təbliğat aparılır ki, guya «Hizbullah» Qarabağ uğrunda partizan savaşı aparacaq. Bu adla gəncləri yoldan çıxarırlar və İrana göndərirlər». Mənbə iddia edir ki, vəhabilərin nüfuzdan düşməsi həmin təbliğatı aparanların da işinə yaramaqdadır: «Bu gün məscidlərə ciddi nəzarət lazımdır. Əks halda təhlükəli qüvvələrin biri digərini əvəzləyir. İtirən isə Azərbaycan olacaq». Onu da qeyd edək ki, redaksiyamıza bu cür təbliğatların konkret olaraq hansı məscidlərdə aparılması ilə bağlı hər hansı bilgi verilməyib. Araşdırmalarımız davam edir. Bizi izləyin… Geri qayıt |