Əsas Səhifə > Güney Press, Reklam > “Azercell” bu gündən qiymətləri qaldırdı

“Azercell” bu gündən qiymətləri qaldırdı


19-02-2024, 09:57
“Azercell” bu gündən qiymətləri qaldırdı
19.02.2024-cü il tarixindən etibarən “Azercell”də bəzi xidmət və tariflər (Buraxılmış zəng, Azercellim tarifi, günlük və aylıq internet paketləri) üzrə dəyişikliklər tətbiq ediləcək.

Banker.az xəbər verir ki, aşağıdakı dəyişikliklər olacaq:

“Azercell Telekom” MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “Buraxılmış zəng” xidmətinə ƏDV daxil 0,20 AZN aylıq abunə haqqı tətbiq ediləcək. “Buraxılmış zəng” və “Xəbər ver” xidmətləri vasitəsilə telefon söndürüldükdə və ya əhatə dairəsi xaricində olduqda, gələn bütün buraxılmış zənglərin kim tərəfindən və nə vaxt edildiyi haqqında məlumat almaqla yanaşı, abunəçilər, həmçinin qarşı tərəfin şəbəkəyə qayıtdığı barədə avtomatik SMS bildiriş alacaqlar. Xidmətdən imtina etmək üçün STOP yazıb 6080-ə göndərmək və ya telefonda *608*0#YES yığmaq lazımdır. “Buraxılmış zəng” xidməti ləğv edildikdə, müstəqil çalışmadığı üçün “Xəbər ver” xidməti də ləğv ediləcək.
Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan “Azercellim” tarif paketində daha əlverişli istifadə şərtləri təqdim edilməyə başlanır. Belə ki, “Azercellim” tarif paketi çərçivəsində şəbəkəxarici və şəbəkədaxili zənglər əvəzinə, ölkədaxili zənglər təqdim edilməklə daha rahat və əlverişli istifadə imkanı yaradılır. Bu da abunəçilərə həm bütün istiqamətlərdə daha rahat danışmaq, həm də nömrənin balansını daha rahat nəzarətdə saxlamaq imkanı verəcək. “Azercellim” tarif paketi ölkə daxili zəngin 1 dəqiqəsi üçün 0,06 AZN tətbiq ediləcək.
İnternet Paketlərdən daha rahat istifadə imkanı yaradılması, İnternet Paketin həcmi bitdikdən sonra əlavə paket əldə edilməsi zərurətinin azaldılması məqsədi ilə, “Azercell Telekom” MMC fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid abunəçilərə daha həcmli aylıq və günlük internet paketləri təqdim edir:

“Azercell” bu gündən qiymətləri qaldırdı

Qeyd: 500 MB aylıq internet paketinə yeni qoşulmalar 19 fevral 2024-cü il tarixindən dayandırılacaq. Həmin tarixədək paketi aktivləşdirən abunəçilər abunəlik ləğv edilənədək müvafiq internet paketindən istifadəyə davam edəcəklər. Göstərilən tarixədək aktiv olan aylıq və günlük internet paketləri üzrə müvafiq istifadə müddəti bitdikdən sonra yeni dəyişikliklər tətbiq ediləcək.

Geri qayıt