Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Əli Həsənov prezidentin qərarları ilə necə ram edilir - Hakimiyyət daxilində böyük savaş

Əli Həsənov prezidentin qərarları ilə necə ram edilir - Hakimiyyət daxilində böyük savaş


6-03-2014, 12:57
Əli Həsənov prezidentin qərarları ilə necə ram edilir - Hakimiyyət daxilində böyük savaş
DİA.AZ: - Bir neçə gün əvvəl Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla vəzifəsindən azad edildi. Əslində prezidentin bu qərarı bəzi dairələr tərəfindən Kamal Abdullanın «vurulması» kimi dəyərləndirilsə də, situasiya tamam fərqli idi. Çünki eyni qərarla Kamal Abdulla millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsinə - yəni Prezident Administrasiyasında mühüm bir mərtəbəyə təyinat almış oldu.

Bildirək ki, bu post hələ xeyli əvvəlindən ləğv edilmişdi. Amma Kamal Abdullanın təyinatı ilə ləğv edilmiş post da bərpa edildi ki, bu da diqqətlərdən yayına bilməzdi. Bununla bağlı DİA.AZ-a olduqca maraqlı informasiyalar daxil olub.

Bilgili qaynaqlardan ötürülən xəbərdə qeyd olunur ki, əslində Kamal Abdullanın BSU-dan çıxarılması yox, Şəmsəddin Hacıyevin Dövlət Universitetinin rektoru postundan uzaqlaşdırılması əsl «vurulma» hadisəsi idi və bu hadisələr arasında olduqca incə bağlantılar da var, desək, yanılmarıq. Bu barədə az sonra…

Əli Həsənov prezidentin qərarları ilə necə ram edilir - Hakimiyyət daxilində böyük savaş

Məlumatlı mənbə iddia edir ki, əslində bütün proseslər Prezident Administrasiyası daxilində uzun müddətdən bəridir davam edən yeniləşmə siyasətinin tərkib hissəsidir: «Təbii ki, zaman-zaman Prezident Administrasiyasının hazırki rəhbərliyi İlham Əliyev hakimiyyətinin monolitliyini şübhə altına alan bir faktor kimi qabardılıb. Burada yetərincə ciddi nüanslar var idi və günü bu gün də PA daxilində həyata keçirilən bütün yeniləşmələr məhz Prezident Administrasiyasındakı ənənəvi qüvvələrin zərərsizləşdirilməsinə hesablanıb».

Mənbə iddia edir ki, konkret olaraq PA rəhbəri Ramiz Mehdiyev cinahının və bu cinahda özünü kifayət qədər sərbəst və arxayın hiss edən PA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun hədəfdə olduğu net şəkildə hiss olunur: «Diqqət yetirin, Kamal Abdulla PA-da vəzifəyə çəkilir və ona verilən vəzifə əslində xeyli müddət idi ləğv edilmişdik. Faktiki olaraq Kamal Abdullanın PA-da vəzifə alması ilə həm də yeni bir vəzifə təsis edilmiş oldu. Ən azından bu hadisəni köhnə vəzifənin bərpası kimi xarakterizə etmək olar.

Əli Həsənov prezidentin qərarları ilə necə ram edilir - Hakimiyyət daxilində böyük savaş

Buna qədər də anoloji hadisə baş vermişdi. Və bu gün PA-da şöbə müdiri vəzifəsini tutan Elnur Aslanov da birbaşa olaraq Ramiz Mehdiyevin köməkçisi vəzifəsindən PA-da yeni təsis olunan bir posta təyinat aldı. Elnur Aslanovun 2007-ci ildə yeni yaradılan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinə müdir təyin olunması çox ciddi bir hadisə kimi qarşılandı.

Və 30 yaşında ona göstərilən etimad haqlı olaraq Əli Həsənovun səlahiyyətlərinin məhdudlaşdırılmasının başlanğıcı kimi qəbul edildi. İndi isə eyni qaydada Əli Həsənovun səlahiyyət itirməsi prosesi davam etdirilir və bu dəfə Kamal Abdulla ilə bağlı təyinatda Əli Həsənov mövqelərinin hansı dərəcədə və əhəmiyyətdə daraldığını hiss etməyə başlayıb».

Əli Həsənov prezidentin qərarları ilə necə ram edilir - Hakimiyyət daxilində böyük savaş

Mənbəmiz bildirir ki, bu yolla Ramiz Mehdiyevin «ən kəsərli silahı»nın bir növ zərərsiz duruma gətirldiyi şübhəsizdir: «Əli Həsənov artıq yalnız media üzərində səlahiyyətli bir şəxsə çevrilir və onun hökmranlığı yalnız mətbuat sahəsində hiss olunandır».

Onu da bildirək ki, dünən Dövlət İqtisad Universitetinin rəhbərliyindən uzaqlaşdırılan Şəmsəddin Hacıyev vəzifə başında olduğu müddət boyunca qohumu Əli Həsənovun himayəsini hiss edib. Və onun vəzifəsindən alınması da Əli Həsənovun «kisəsindən gedən» itki kimi qəbul olunmalıdır.

Mənbəmizin bildirdiyinə görə, əslində çoxdandır mətbuatda nurçu mövzusu ilə manipulyasiya edən Əli Həsənovun əlindəki media şəbəkəsi də Elnur Aslanovu, habelə ona yaxın olan çevrəni boşundan hədəfə almayıb: «Burada açıq şəkildə bir savaş gedir. Və bu savaşda ən maraqlı olanı isə odur ki, Əli Həsənov sırf şəxsi və himayəsini hiss etdiyi qüvvələrin resursları ilə müqavimət göstərir, onun üzərinə isə prezidentin qərarları ilə gəlirlər. Yəni bu fakt da vəziyyətin Əli Həsənovun heç də xeyrinə dəyişməyəcəyini anons etməkdədir».

Mövzunu davam edəcəyik...

Geri qayıt