Əsas Səhifə > Güney Press, Araşdırma > Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu...

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu...


23-02-2024, 10:06
Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu...
Azərbaycanın bütün bölgələrində olduğu kimi, Sumqayıt şəhərində də abadlıq və quruculuq işlərinin aparılması günün əsas vacib məsələlərindən biri kimi gündəmdə dayanan planlar sırasına daxil edilmişdir.

Xüsusən də, Sumqayıt şəhər bulvarının yenidən qurulması, abadlaşdırılması, yeni səki və yolların salınması, işıq dayaqlarının yenisiylə əvəz edilməsi, həlli vacib işlərin görülməsi ön planda olmaqla, gələcəkdə şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsi kimi təxirəsalınmaz işlərin aparılması vacib məsələlərdən biri kimi çox önəmli idi.

Odur ki, bu işlərin görülməsində şəhər icra hakimiyyətinə yaxınlığı ilə tanınan "iş adamı" A.V. M.M.C- in direktoru Müqayis Cəmil oğlu Verdiyev bu işlərin görülməsində Şəhər icra hakimiyyətinə yaxından kömək əlini uzadaraq, dayaq-dəstək olacağına söz verib, işin yüksək keyfiyyətlə aparılaraq, vaxtından əvvəl təhvil verəcəyinə söz vermişdir!

Amma necə?

"Qəhrəman" Müqayis Verdiyev, binəva iş adamlarından, sahibkarlardan nisyə götürüb işlətdiyi mal-materialların qiymətlərini birə-beş dəfə şişirdərək, özünün tərtib etdiyi yeni "preykurantına" beləcə şişirdilmiş qiymətlərlə daxil etmişdir. Beləki, bir işıq dayağının qiyməti tutaq ki, 400-500 manat civarında olduğu halda, Müqayis bəyin "preyskurantında" bu qiymətlər 4000-5000 manat dəyərində göstərilmişdir!

Eyni zamanda, bulvar ərazisində əkdirdiyi həmişə yaşıl ağaclar, bəzək kolları, istifadə etdiyi Tamet plitalar, qum-çınqıl və s. Kimi materiallar da şişirdilmiş qiymətlərlə hesablanmışdır. Bütün bunlar özünün dəsti-xəttiylə tərtib etdiyi sənədlərdə öz əksini çox parlaq şəkildə göstərmişdir.

Bax, bu həmin Müqayis Verdiyevdirki, iş adamlarının etibarından xaincəsinə istifadə hallarına yol verərək, aldatma yoluyla istifadə üçün aldığı mal- materialın bədəlini hələ də ödəməkdən yayınır. (Növbəti yazılarda həmin iş adamlarının adlarını da açıqlayacağıq)

Bu qədər görülmüş işlərdən bir manatda olsa nə pensiya fonduna nədə, vergi büdcəsinin formalaşmasına ödəniş olunmayıb. (Yəqinki, aydiyyat orqanlar bunların hesabını yaxın gələcəkdə hörmətli Müqayis bəydən soruşacaq. Biz buna tam əminik.)

Hansı ki, həmin işlərin icrası zamanı görülmüş işlərin haqqının ödənlməsi üçün dövlət büdcəsindən milyonlarla pul vəsaiti Müqayis Verdiyevin idarəsinə qəpiyinə qədər ödənilmişdir. Lakin bu vəsaitlər çox təəssüfki, təyinatı üzrə deyil, Müqayis bəyin öz şəxsi məqsədləri üçün xərclənmişdir.

Sən demə, bu insan əvvəllərdə dələduzluq maddələri ilə bir neçə dəfə məhkumluq həyarı yaşayıbmış... Bunu hüquq-mühafizə orqanlarından əldə etdiyimiz arayışlarda daha aydın görmək olur.

Beləki, M.C.Verdiyev Bakı şəhər məhkəməsinin 24. 01. 2000 -ci il tarixli hökmüylə, O dövr üçün qüvvədə olan AR.CM.-in 93-8-maddəsinin 4-cü bəndi, 170-ci maddənin 3-cü bəndi, 148, 172 və 38-çi maddələri ilə 4-il müddətinə azadlıqdan məhrum edilmişdir.

(Yuxarıda göstərilən maddələrin qısa məzmunu belədir: mənimsəmə və ya israf etmə yoluyla özgəsinin əmlakını talama, zərərçəkənə xeyli miqdarda ziyan vurmaqla törədildikdə, rüşvət alma, bir qrup şəxs tərəfindən qabaqcadan sövdələşmə əsasında edildikdə və ya dəfələrlə hədə-qorxu tətbiq olunmaqla edildikdə və yaxud küllü miqdarda rüşvət alındıqda:)

2-ci məhkumluğu:

Azərbaycan Respublikası ACDİÜ -ə (Ağır cinayətlərə dair işlər üzrə ) məhkəməsinin 30. 12. 2002 - çi il tarixli hökmü əsasında AR CM - min 178.2.2., 178.2.3., 178.3.2. , 256.3 , 311.2 , 66. 3 -cü maddələri ilə 08 ilmüddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir.

Bu maddələrin Məzmunu

(Dələduzluq təkrar törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; küllü miqdarda ziyan vurmaqla törədildikdə; balıq və digər su bioresurslarının qanunsuz tutulması şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə; Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma;

3 - cü dəfə həbs edilməsi;

Gəncə ağır cinayətlər məhkəməsinin 04.02.2015 - çi il tarixli hökmü əsasında AR CM -nin 178.3.2 , 179.3.2 , 213.1 , 66.3 , və 67 - çi maddələri ilə 09 il 14 gün müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilib;

Daha sonra:

Gəncə Apellyasiya Məhkəməsinin 17.02. 2016 -cı il tarixli qərqrı ilə hökm dəyişdirilib, AR CM -nin 179.3.2 , 178.3. 2 , 213.1 , 66.3 və 67 - çi maddələri ilə 05.il 06 ay, 28 gün müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir;

Maddələrin məzmunu

(Yenədə , Dələduzluq, küllümiqdarda ziyan vurmaqla törədildikdə ; Mənimsəmə və ya israf etmə küllü miqdarda törədildikdə ; Xeyli miqdarda vergiləri , işsizlikdən sıgorta, icbari tibbi sıgorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ; )

Nəhayət " qəhrəmanın 4 -cü həpsi ...

Azərbaycan Respublikası ACDİÜ məhkəməsinin 03. 09. 2018 - çi il tarixli hökmü əsasında AR. CM -nin 178.3.2 , 62 , 46.2 , 222.2 , 66.3 , 66.4 , 66.5 -ci maddələri ilə 04 il müddətinə azadlıqdan mərhum etmə və 02 il 06 ay üddətində dönlət orqanları və yerli özünüidarə orqanlarındamaddi məhsul vəzifə tutmaq hüququndan mərhum edilmiş, daha sonra Sumqayıt apellyasiya məhkəməsinin 20.02. 2019 - cü il tarixi qərarı ilə 02. 06 ay müddətində dövlət orqanları və yerli özünüidarə orqanlarında Maddi məsul vəzifə tutmaq hüququndan mərhum edilməklə 03.il, 03 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 01. 04.2019 -cü il tarixli qərarı ilə 09.ay 06 gün vaxtından əvvəl şərti azadlığa buraxılmışdır. ( Yenədə dələduzluq, küllü miqdarda ziyanvurma )

Hörmətli oxucular!

Növbəti yazılarda siz bunlardanda dəhşətli materiallarla tanış olacaqsınız .Beləki, Müqayis Verdiyevin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından və qanından keçmış müqəddəs şəhidlərimizin məzarlarınin abadlaßdırılması adı altında etmək istədikləri hoqqalardan bəhs edəcəyik. Həm də Onun öz dəst -xətti ilə şəhər rəhbərliyinə atmış olduğu şər - böhtanın etiraf ərizəsini olduğu kimi dərc edəcəyik .

Bİzi izləməyi unutmayın!

Qarşı tərəfin möveyini də işıqlandırmağa hazırıq.

azerbaycanrealligi.com

Geri qayıt