Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Niyə 4 aydan sonra mənə bu haqda bildirilir?"

"Niyə 4 aydan sonra mənə bu haqda bildirilir?"


6-03-2024, 12:18
"Niyə 4 aydan sonra mənə bu haqda bildirilir?"
“Unibank”da pulunuz olmasa belə hər an oğurlana bilər. Hətta plastik kartınız oğurlanmasa və kart məlumatlarını heç kəslə və heç bir saytda paylaşmasanız belə. Və buna görə bank bu pulu sizə borc olaraq yazıb sizdən istəyəcək. Çünki belə bir şey mənim başıma gəlib və hazırda bank bütün məsuliyyəti öz üzərindən atır.

Tribunainfo.az xəbər verir ki, bu problemlə İlhamə Qasımova adlı xanım üzləşib. O bildirib ki, “Unibank” səbəb olmasa da onu günahkar çıxarır və istifadə etmədiyi pulu ona ödətmək istəyir:

“Noyabr ayının 13-ü S.K Mole Ann adında bir yerdə kartımdan pul çıxarılmağa cəhd olundu və kartımda xoşbəxtlikdən 4 azn olmasına rəğmən -29 azn oldu. Tez kartımı blokladım və bu barədə bankın instagram səhifəsinə yazdım. Sonra kartım öz-özünə app-dən silindi. 3 dəfə yazmağıma rəğmən heç bir qənaətbəxş cavab gəlmədi bankdan bu haqda ki, heç bir yerdə məlumatlarımı paylaşmadığıma rəğmən hesabım necə oğurlana bilir. Sadəcə belə cavab yazıldı “Silinməyə cəhd dələduzlar tərəfindən oluna bilərdi” cavabın absurdluğunu görürsüz? Yəni mənim kartımda böyük məbləğlərdə də pul olsa və oğurlansa bu cavab veriləcəkdi?
Daha da absurd hissə bundan sonra başlayır.
Hadisədən 4 ay sonra mənə belə bir mesaj gəlir: Hesabınızda mənfi 29 azn borc var və bunu ödəməsəniz kredit reyestrində qeyd olunacaq və cərimə olunacaqsınız. Mən daha sonra bununla bağlı banka yazdım. Belə bir cavab gəldi: “Kartda balans olmadığı halda, 13.11.2023-də GLOBUS CENTER BRAVO üzrə 19.46 usd ödənş edilmişdir, bu səbəbdən overdraft formalaşıb”. O zaman burada suallar yaranır
– balansımda pul olmaya-olmaya necə ödəniş edə bilirəm? bu mümkündürsə niyə əvvəl balansımda pul olmayanda belə bir şey olmurdu?
– noyabrın 13-ü mən işdə olmuşam və belə bir alış-veriş etməmişəm
– belə bir şey varsa niyə 4 aydan sonra mənə bu haqda bildirilir?
– niyə bu məbləğ mənim kartımdan pul olmaya-olmaya oğurlanılan pulla eyni məbləğdir?
Bu sualların heç birinə cavab vermək istəmir bank. Sadəcə çıxarış göndərilir və orada mən ayın 13-ü alış-veriş etmişəm. Halbuki ayın 13-ü mənim kartım ümumiyyətlə blok edilib. Necə alış veriş edə bilərəm?”.

"Niyə 4 aydan sonra mənə bu haqda bildirilir?"

Geri qayıt