Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Babək rayonunda icra başçısı ilə bələdiyyənin fermerlərə qarşı FIRILDAĞI...

Babək rayonunda icra başçısı ilə bələdiyyənin fermerlərə qarşı FIRILDAĞI...


12-03-2024, 10:39
Babək rayonunda icra başçısı ilə bələdiyyənin fermerlərə qarşı FIRILDAĞI...
Babək rayonunda əkinçiliklə məşğul olan fermerlərə çatacaq subsidya və gübrələr verilmir. Buna səbəb, rayon İcra Hakimiyyətinin bələdiyyələrlə əlbir olub, subsidiyaların bir hissəsini mənimsəmək üçün etdiyi fırıldağın üzə çıxması olub. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup fermer məlumat verib. Fermerlər deyirlər ki, rayon rəhbərliyi daha çox subsidiya alıb, mənimsəmək üçün əkinə yarasız əraziləri saxta yolla əkin sahəsi kimi bir neçə şəxsin adına sənədləşdirərək, yerli Kənd Təsərrüfatı Nazirliyinə təqdim edib. Yoxlamalar zamanı saxtakarlıq üzə çıxdığından, nazirlik rayon üçün veriləcək bütün subsidiyaları təsdiqləməkdən imtina edib.
Rayon rəhbərliyinin fırıldağının qurbanı isə, sadə fermerlər olub. Onlar deyirlər ki, subsidiya ala bilmdəiklərindən sahələrini şumlayıb, tapanlayan traktorçilara borclu qalıblar. Traktorçular isə onlardan pullarını tələb edir.
Fermerlərdən K. Qurbanov deyir ki, gübrələrin vaxtında verilməməsi məhsuldarlığa ciddi təsir edəcək:
“Rayonun başçısı Rasim Məmmədov kənd icra nümayəndələri və bələdiyyə sədrləri ilə əl-ələ verib, saxtakarlıq ediblər. Nazirlikdən gizlin artıq subsidiya yazıb, pulları mənimsəmək istəyiblər, alınmayıb. İki dövlət qurumu arasında olan problemdir, əziyyəti biz çəkirik. Yəni, başçı nazirliyə fırıldaq gəlib, cəzasını biz çəkirik. Bu il 15 hekdar buğda əkmişəm. Hər hektar üçün traktorçuya raktorçular 120 manat ödəməliyəm. Əvvəlcədən razılaşmışıq ki, hektar üçün 50 manatını bu başdan ödəyim, qalanını torpaq pulu veriləndə ödəyək. Lakin, torpaqpulunu verməyiblər. İndi onlar haqlı olaraq pullarını istəyir, bizim də vermək imkanımız yoxdur. Düşmüşük pis vəziyyətə. Gübrə də almamışıq. Torpağa gübrə verməyin əsil vaxtıdır. Payızda fosfor gübrəsi də verə bilməmişəm. Bu səbəbdən məhsuldarlıq xeyli aşağı olacaq və qazancımız olmayacaq”.
Fermer Nazim Məmmədov da subsidiyaların vaxtında verilməməsindən şikayətlənir:
“Bu il 10 hektar taxıl əkmişəm, raktorçulara borclu qalmışıq. Hektara 70 manat torpaqpulu verilməlidir. Ala bilmirik. Bu gün-sabah edirlər. Hökumətdən pul almaq üçün bələdiyyə və icralar saxtakarlıq edərək əkinə yararsız, dərəni, təpəni sənədləşdirib əkilmiş kimi nazirliyə göndəriblər. Həm də eyni sənədi fərqli bir neçə adamın adından göndəriblər. Nazirlik isə bunu bilir və sənədləri təsdiq etmir. Bu günə qədər icralar həmişə bu cür saxtakarlıqlar edərək dövlətin yüz minlərlə pulunu mənimsəyirlər. Onlar saxtakarlıq edərək pul qazanmaq istəyirlər, əziyyətini, ziyanını isə biz fermerlər çəkirik”.
Babək rayon İrca Hamikiyyətindən fermerlərin iddialarına cavab vermək istəmədilər.

Geri qayıt