Əsas Səhifə > Güney Press, Üst manşet > Nazirlik Abşeron təhsilindən ƏLİNİ ÜZÜB?

Nazirlik Abşeron təhsilindən ƏLİNİ ÜZÜB?


15-03-2024, 08:35
Nazirlik Abşeron təhsilindən ƏLİNİ ÜZÜB?
Dünən Abşeron-Xızı Regional təhsil İdarəsinə 2022-ci ildən rəhbər təyin olunmuş İlhamə Abdullayeva ilə bağlı bir neçə ittiham dolu iddianı təqdim etdik.

İlhamə Abdullayevanın Flaşmob QAZANCI... - İTTİHAM VAR...

İndi isə dia-az.life olaraq vəd etdiyimiz kimi - növbəti iddiaları diqqətinizə çatdırırıq...

Beləliklə, nyus.az saytında bildirilir:

"Məlum olduğu kimi Abşeron-Xızı Regional Təhsil İdarəsinin bütün ümumitəhsil məktəblərində bufetlər fəaliyyət göstərir. Lakin bufetlər hansı şəkildə və necə fəaliyyət göstərirlər? Araşdırmamız nəticəsində aydın oldu ki, bufetlərdəki işçilərlə heç bir əmək müqaviləsi bağlanmayıb. Həmçinin, bufetlərdə satılan mallar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülmür və müddəti ötmüş ərzaq məhsulları şagirdlərə satılır. Satılan ərzaq məhsullarının qiymətləri isə bazar qiymətindən daha bahadır. Məsələn, istənilən marketdə 0.30 və 0.40 qəpiklik adi sular, bufetlərdə 0.50- 0-60 qəpiyə satılır. Həmçinin bufetlərdə satılan malların vergidən yayınması birbaşa Regional İdarənin rəhbəri İlhamə Abdullayevanın tapşırığı ilə həyata keçirilir. Vergidən yayınma ilə məşğul olan İlhamə Abdullayeva yalnız öz şəxsi mənafelərini güdür. Prosesləri izləyərkən bir məqamı da nəzərdən qaçırmadıq. Bir vaxtlar İ.Abdullayevanın müavini olmuş, sonradan Quba -Xaçmaz Regional İdarəyə təyinat almış Coşqun Əliyev də eyni prosedurları həyata keçirir. Nəticədə bunu demək olar ki, İlhamə Abdullayevanın təqdimatı əsasında regionala təyinat alan Coşqun Əliyev “ağasının” tapşırığı ilə qanunsuz əməllərini həyata keçirir. Bu prosedurun vahid bir yerdən idarə olunması kimsədə şübhə doğura bilməz..."

Davamı var...

Geri qayıt