Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Biləsuvar gömrüyündə kasıb vətəndaşın 50 manatına göz dikən hansı məmurdur?
Biləsuvar gömrüyündə kasıb vətəndaşın 50 manatına göz dikən hansı məmurdur?10-03-2014, 14:18 |
DİA.AZ: - Gömrük sistemindəki özbaşınalıqlar hər zaman böyük vətəndaş narazılıqları ilə müşaiyət olunsa da, nədənsə bu istiqamətdə durğunluqdur. Daha dəqiqi, şikayətlərin artmasına baxmayaraq, hələ bu günə kimi hansısa gömrük məmuruna güldən ağır söz deyən də olmayıb. Elə DİA.AZ-a daxil olan vətəndaş müraciətindən də aydın olur ki, barəsində ən çox şikayətlər edilən Biləsuvar gömrükxanası tədbirlər görülmədiyindən daha da acınacaqlı vəziyyətə düşüb. Bunu vətəndaşlar deyir. Redaksiyamıza müraciət edən Cəlilabad rayon Alar kənd sakini Nağıyev Rahil Nağı oğlu bildirir ki, oğlunu İrana müalicə məqsədilə aparıb: «İrandan gələndə oğluma 4 ədəd üst örtüyü aldım. Kasıbçılıqdır. Bizim üçün hətta bu cür malları da İrandan ucuz almaq böyük işdir. Amma buna baxmayaraq Biləsuvar gömrükxanasının Elşən adlı işçisi məni aşağıladı. Aldığım ədyalları əlimdən aldı və uzun çək-çevirdən sonra məndən 50 manat pul alıb, ədyalları geri qaytardı». Vətəndaş dia-az.life-a etdiyi müraciətində bildirir ki, bəlkə kimlər üçünsə 50 manat pul deyil: «Amma bizim üçün böyük puldur. Oğlum neçə ildir ki, ağır xəstədir. Onun müalicəsini zorla çatdırıram. Xahiş edirəm ki, gömrükdəki özbaşınalıqlarla bağlı tədbir görülsün». Geri qayıt |