Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ruslan Əliyevin “Azəriqaz”dan çıxarılmasının səbəbləri yavaş-yavaş üzə çıxır

Ruslan Əliyevin “Azəriqaz”dan çıxarılmasının səbəbləri yavaş-yavaş üzə çıxır


29-03-2024, 12:05
Ruslan Əliyevin “Azəriqaz”dan çıxarılmasının səbəbləri yavaş-yavaş üzə çıxır
Aktualinfo.org-un elektron poçtuna Şəki rayonu, Suçma kəndində yaşayan Mənafov Xibər Yaqub oğlu tərəfindən bir müraciət ünvanlanıb. Müraciət əslində başda Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva olmaqla bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə poçt vasitəsi ilə 08.01.2024-cü il tarixdə göndərilib. Şikayətçi iddia edir ki, 11.03.2024-cü ildə Ruslan Əliyevin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilməsində bu şikayət məktubunun da rolu olub.

Vətəndaş Xibər Mənafov tərəfindən yazılmış sözügedən şikayət məktubunu olduğu kimi təqdim edirik:

Hörmətli Cənab Prezident,

Siz hər dəfə çıxışlarınızda qeyd edirsiniz ki, hər hansı bir dövlət məmuru vətəndaşların hüquqlarınızı pozur və qanundan kənar hərəkət edirsə bizə məlumat verin həmin məmuru çox sərt bir şəkildə cəzalandıraq. Son zamanlar da ölkə ərazisində belə məmurlara qarşı görülən tədbirlər göz qabağındadır. Məncə belə hallara Azəriqaz İB-nin direktoru Ruslan Əliyev və onun Şəki rayonunda vəzifələrə qanunsuz təyin etdiyi qohumları tərəfindən də yol verilir.

Belə ki, Azəriqaz İB-nin direktoru Ruslan Əliyev Azəriqaz İB-də rəhbər vəzifələrə təyin ediləndən Şəki şəhərində olan bütün qohum əqrabalarını Şəki rayonun və digər rayonlara rəhbər vəzifələrə təyin etmişdir. Ruslan Əliyev vəzifəyə təyin etdirdiyi qohum əqrabalarının əli ilə müxtəlif pul silinmələri, pul mənimsəmələri edir, pul müqabilində şəxsləri işə qəbul etdirir. Ruslan Əliyevin hazırda Şəki rayonunda saysız-hesabsız obyektəri, torpaq sahələri, meyvə bağları mövcuddur. Onun sərvətinin var dövlətinin həddi hesabı yoxdur.

Azəriqaz İB-nin direktoru Ruslan Əliyevin yaxın qohumu olan Abdullayev Qurban Aydın oğlu onun tərəfindən Şəki Qaz İdarəsinə işə qoyulmuş və Ruslan Əliyev onun vasitəsi ilə Şəki rayonunda yüzlərlə şəxsdən pullar alaraq Azəriqaz İB-nə işə qəbul etdirmişdir.

Mən də Abdullayev Qurban Aydın oğlunu bir neçə ildir ki, tanıyıram. Həmin vaxtı Qurban Şəki Qaz İdarəsində işləyirdi. Təxmini bir il öncə mən Qurban və digər şəxslərlə söhbət edən zaman bildirmişdim ki, oğlum Turala və qaynım Vüqara iş axtarıram. Bundan bir neçə gün sonra Qurban mənim evimə gələrək bildirdi ki, mənim qohumun Ruslan adlı şəxs Azəriqaz İB-də yuksək vəzifədə işləyir. Mən sənin oğlunu və qaynını qohumun Ruslanın əli ilə Azəriqaz İB-nə işə düzüb qoşa bilərəm. Bundan ötrü gərək ora pul keçirilsin. Hər adam üçün gərək 3000 manat pul keçirəsən. Mən də ona inanıb 6000 manat pul verdim.

Artıq bir ilə yaxındır ki, Abdullayev Qurban Aydın oğlu nə oğlumla qaynımı işə qoymur nə də ki, mənim pulumu qaytarmır. Dəfələrlə tələb etməyimə baxmayaraq müxtəlif bəhanələr gətirir. Beləliklə Abdullayev Qurban Aydın oğlu məni aldadaraq və etibarımdan sui-istifadə edərək mənim 6000 manatımı dələduzluq yolu ilə talamışdır.

Abdullayev Qurban Aydın oğlu Şəki rayonunda Ruslan Əliyevin adı ilə yüzlərlə şəxsdən pul alaraq qaçmışdır. Hazırda Ruslan Əliyev əhalinin narazı olmasını görüb Qurban Abdullayevi Rusiya Federasiyasına qaçırıb. Qurban Abdullayev mənə dəfələrlə bildirmişdir ki, pulu şəxsən aparıb qohumun Ruslan Əliyevə vermişəm. Sənin pulun ondadır.

Hörmətli Cənab Prezident, bütün qeyd edilənləri nəzərə alaraq, Azəriqaz İB-nin direktoru Ruslan Əliyev və onun yaxın qohumu Abdullayev Qurban Aydın oğlu tərəfindən mənə vurulmuş 6000 manat ziyanlığın onlardan alınıb mənə qaytarılmasına köməklik etməyinizi, Sizin etimadınızı doğrultmayaraq qanunsuz əməllər törədən Azəriqaz İB-nin direktoru Ruslan Əliyevin isə vəzifədən kənarlaşdırılmasını Sizdən xahiş edirəm.

Aktualinfo.org

P.S. Yuxarıda qeyd etdiyimiz kimi, Ruslan Əliyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən artıq azad edilib. Şikayətçinin Ruslan Əliyevin tək Şəki rayonunda topladığı var dövlət keçmiş baş direktorun rəhbərliyi ilə “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə keçirilən “Səyyar qəbul otağı” formal xarakter daşıyıb, gözdən pərdə asmaq üçün təşkil edilib. Əslində isə, göründüyü kimi, Ruslan Əliyev hər şeyi pulla həll edib. Sözsüz ki, şikayətdə göstərilən məqamlar Ruslan Əliyevin əməllərinin çox cüzi bir hissəsidir. Onun həyata keçirdiyi böyük maxinasiyalar haqqında hələ iş başında olduğu dövrlərdə də çox yazılıb. Bu tip şikayətlərin və məlumatların çoxalacağı da istisna deyil.

Geri qayıt