Əsas Səhifə > Güney Press, Reklam > “Gələcək iş, gələcəyi dəyiş!” əmək və karyera sərgisi
“Gələcək iş, gələcəyi dəyiş!” əmək və karyera sərgisi30-03-2024, 13:39 |
Aprelin 2-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), “StrategEast” şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Bakı Ali Neft Məktəbi (BANM) 4-cü sənaye inqilabı sahəsində əmək və karyera sərgisini təşkil edir. Tədbir 2 aprel 2024-cü il, 15.00-19.00 saatlarında BANM-in Bayıl korpusunda baş tutacaq. IT HUB Azərbaycan karyera sərgisi “Gələcək iş, gələcəyi dəyiş!” devizi ilə keçiriləcək. Tədbirdə Deloitte, KPMG, McKinsey, SAP, AZAL, Mərkəzi Bank, Kapital Bank, Paşa Bank, ABB Bank, Azər Türk Bank, Access Bank, Express Bank, Yelo Bank, Xalq Bank, Azericard, Smart Solutions, Prosol, Azfen, Azpetrol, Azerconnect, Pasha Capital, Pasha Technology, TƏBİB, Energetika Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İctimai TV və digər aparıcı şirkətlər və dövlət müəssisələri iştirak edəcəklər. Sərgidə texnologiya, rəqəmsal ticarət, proqramlaşdırma, kibertəhlükəsizlik, süni intellekt, data analitika, bir sözlə İKT və rəqəmsal sektora aid ediləcək vakant iş yerləri, təcrübə proqramları və karyera imkanları barədə məlumat veriləcək. Karyera sərgisində İKT və rəqəmsal sahələrdə təhsilini başa vurmaqda olan sonuncu kurs tələbələri və məzunlar, eləcə də müxtəlif İKT tədris proqramlarında özünü təkmilləşdirmiş gənclər iştirak edə bilərlər. Əmək yarmarkasında iştirak edəcək gənclər bu linkdə qeydiyyatdan keçə bilərlər: https://azerbaijan.jobfair.strategeast.org dia-az.life Geri qayıt |