Əsas Səhifə > Güney Press, Şou-biznes > "Bu sözlərimi evdə deyə bilmədiyim üçün efirdə söyləyirəm"

"Bu sözlərimi evdə deyə bilmədiyim üçün efirdə söyləyirəm"


30-03-2024, 16:57
"Bu sözlərimi evdə deyə bilmədiyim üçün efirdə söyləyirəm"
Müğənni Sevda Yahyayeva həkim-genetik olan həyat yoldaşı Zaur Bayramovla bağlı maraqlı açıqlama verib.

dia-az.life-nun xəbərinə görə, o, ərinin arıqlamaq üçün mədə balonu qoydurduğunu və özünün də eyni əməliyyatı keçirməsi üçün israr etdiyini deyib:

“Həyat yoldaşım deyir ki, 12 kiloqram çəkini sən 2 aya ata bilməyəcəksən. Gəl özüm kimi sənin də mədənə “mədə balonu” qoyduraq. Mənə deyir ki, arıqlamalısan. Bu sözlərimi evdə deyə bilmədiyim üçün efirdə söyləyirəm.

Ərimin arıqlamağımla bağlı yazdığı mesajdan sonra onu telefonda və “Whatsapp”da “blok” etdim. Bir tək “Instagram”da saxladım. Çünki sonra izləyicilər ona da söz edib yazacaqlar ki, “ər-arvad” bir-birilərini izləmirlər".

Sevda Yahyayevanın Ayla və Aida adlı iki qız övladı var.

Geri qayıt