Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Sabunçunun AĞLAMALI HALI...

Sabunçunun AĞLAMALI HALI...


1-04-2024, 16:00
Sabunçunun AĞLAMALI HALI...
"Başıbəlalı" Sabunçunun "başındakı bəlalar" kimlərə sərvət yedirir, kimlərə dəhşət yaşadır.

Dəfələrlə Sabunçu rayonunun müxtəlif ərazilərində aparılan qanunsuz tikintilər barəsində məlumatlar və görüntülər yayımlamışdıq. Həmçinin küçələrin bərbad vəziyyətdə olmasından da mövzu əsnasında bəhs etmişdik.

Bu dəfə isə haqqında danışdığımız o, keçilməz küçələrdən birinin hələ günəşli havada, yağış yağmadan öncəki halının görüntülərini təqdim edirik.

Sabunçunun AĞLAMALI HALI...
Sabunçunun AĞLAMALI HALI...
Sabunçunun AĞLAMALI HALI...
Sabunçunun AĞLAMALI HALI...
Sabunçunun AĞLAMALI HALI...
Sabunçunun AĞLAMALI HALI...
Sabunçunun AĞLAMALI HALI...

Bəli, elə bu küçə də neft şirkətinə məxsus ərazidə qanunsuz tikintisi aparılan 3 mərtəbəli iaşə obyektinin olduğu həmin küçədir - ömrünü vətən uğruna qurban verən general-mayor Qambay Vəzirov küçəsi.

Deyəsən, icra hakimiyyətləri şəhidlərin ailələrinə, qazilərə, veteranlara qarşı necə laqeyddirlərsə, şəhidlərin, dahi şəxsiyyətlərin adını daşıyan küçələrə də eyni ögey münasibəti bəsləyirlər.

Yeri gəlmişkən, göndərdiyimiz rəsmi sorğulara bugünə qədər də cavab verməyən Sabunçu Rayon İcra Hakimiyyəti bu dəfə də sosial şəbəkədə şərh bölməsində "açıqlama" verib. Bildirilir ki, ötən yazımızda qeyd etdiyimiz "Yeni məhəllə" adlandırılan ərazidəki evlər tam qanunidir.

O, zaman sual yaranır, əgər aparılan tikintilər həqiqətən qanunidirsə, bəs orada yaşayan sakinlər niyə rəsmi çıxarışlarının olmadığını deyirlər? Hətta, sakinlərin sözlərinə görə həmin ərazidə yaşayan heç kimin evinin və torpağının rəsmi sənədi yoxdur.

Daha bir sual da ondan ibarətdir ki, sözügedən ərazidə tikintilərin aparılmasına icazə verən qanun, əhalinin rahat yaşaya bilməsi üçün yaxınlıqdakı böyük zibillik poliqonu - antisanitariya, yüksək gərginlikli elektrik xətləri, eləcə də bərbad vəziyyətdə olan küçələri niyə nəzərə almayıb?

Bundan əlavə, Kürdəxanı qəsəbəsində - kənd təsərrüfatı təyinatlı ərazilərdə aparılan tikintilərə icazəni hansı qanun verib?

Qeyd edək ki, növbəti yazımızda Kürdəxanı qəsəbəsində təsərrüfat sahələrində tikilən yaşayış evlərinin görüntülərini təqdim edəcəyik.

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Geri qayıt