Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Azenerji"də büdcə pullarını kimlər necə talan edir?

"Azenerji"də büdcə pullarını kimlər necə talan edir?


11-03-2014, 14:07
"Azenerji"də büdcə pullarını kimlər necə talan edir?
Ötən əsrin 90-cı illərində rayonlarda elektrik kəsintisi adi hal olsa da, tədricən yeni tikilən Elektrik Stansiyaları vasitəsi ilə ölkədə elektrik istehsalı artırıldı və 2000-ci illərdən başlayraq rayonlarda elektrik kəsintisi ortadan qaldırıldı. Lakin son zamanlar demək olar ki, bütün rayonlarda yenidən elektrik kəsintiləri meydana çıxır. Rayonlarda adətən hər gün təqribən 5 saatdan artıq elektrik kəsintiləri olur və bu elektrik kəsintiləri ayrı-ayrı kəndlərdə ayrı-ayrı vaxtlarda həyata keçirilir.

Bu barədə daxil olan şikayətləri araşdırdığımız zaman isə məlum oldu ki, hər gün rayonlarda həyata keçirilən elektrik kəsintiləri mərkəzləşdirilmiş qaydada həyata keçirilir və bunda məqsəd “Azərenerji” ASC-nin bəzi vəzifəli şəxslərinin vəsait mənimsəməsidir. Yəni faktiki “Azərenerji” ASC-nin bəzi məmurları öz ciblərini doldurmaq məqsədi ilə vətəndaşlara əziyyət verirlər.

“Azərenerji” ASC ilə bağlı daxil olan məlumata görə adı çəkilən qurumun rayonlarda fəaliyyət göstərən Elektrik Şəbəkələri idarələri vətəndaşlara verilən elektirki kəsərək hər ay dövlətin on minlərlə manat vəsaitini bu yolla mənimsəyirlər. Məlumatda göstərilir ki, adətən hər bir rayonun hər bir kəndində 50 dən çox evə sayğac quraşdırılmır. Bu isə hər bir rayonda ümumilikdə 2-3 mindən artıq abunəçinin işıq pulunu dövlətə deyil, ayrı-ayrı məmurlara ödəməsi deməkdir. Sayğacsız evlərin ödəməsi isə bir qayda olaraq əldən-ələ olur və bir evdən minimum 30-35 manat ödəmə alınır. Bunun müqabilində isə həmin evlər elektrik enerjisindən limitsiz istifadə edirlər. Bildirilir ki, elektrik enerjisindən limitsiz istifadə edənlər bir qayda olaraq daha imkanlı şəxslər olur və onların aylıq elektrik sərfi minimum 150-200 manat arasında, bəzən isə daha artıq olur. Bundan başqa bir çox məişət obyektlərinə və özəl obyektlərə də əlavə qanunsuz xətlər çəkilir ki, həmin məişət obyektləri və özəl obyektlər də elektrik enerjisindən limitsiz istifadə edirlər. Bunun müqabilində isə təqribən sərf etdikləri elektrik enerjisinin 30-40 faizi həcmində nəqd ödəniş həyata keçirirlər.

Daxil olan məlumatda göstərilir ki, “Azərenerji” ASC-də sayğacsız evlərdən və obyektlərdən yaranan «sərfiyyatı» ört basdır etmək məqsədi ilə hər gün rayonlarda 5 saata qədər işıqları söndürür və bu yolla qanunsuz sərfiyyatı ortadan qaldırırlar. Bundan başqa rayon Elektrik Şəbəkələrinin müdirləri qanunsuz sərfiyyatın bir hissəsini də rayon mərkəzlərində parkların, xiyabanların, dövlət obyektlərinin və binaların işıqlandırılması adı altında silirlər ki, bu da hər ay onlara əlavə olaraq 30-35 min manatdan artıq gəlir gətirir.

"Azenerji"də büdcə pullarını kimlər necə talan edir?

Məluamt “Azərenerji” ASC-nin rayonlardakı Elektrik Şəbəkələri idarələrinin başqa bir maliyyə maxinasiyası isə naqillərin dəyişdirilməsidir. Məsələn 2013-cü il “Azərenerji” ASC-nin rayonlarda milyon metrlərlə elektirik naqilinin dəyişdirilməsi ilə bağlı hesabatlar var. Halbuki rayonların işıq İdarələrində naqillərin cəmi 10 faizi dəyişdirilib yaxud təmir olunub.

Mənbə idda edir ki, “Azərenerji” ASC-də hər il milyon manatlarla vəsaitin silinməsinə və külli miqdarda elektrik enerjisinin sərfiyyatının mənimsənilməsinə adı çəkilən qurumun vitse prezidenti Marlen Əsgərov nəzarət edir. Elektrik Şəbəkələri müdirlərinin maxinasiyalarına bir başa nəzarət edən vitse prezident buna görə idarə rəhbərlərindən hər ay «hesab» toplayır. Marlen Əsgərova isə bu səlahiyyəti birbaşa “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin göstərişi ilə verildiyi qeyd olunur. Hər ay ümumilikdə ölkə həcmində toplanan vəsait isə milyon manatlarla olur.

Yəni faktiki olaraq bu gün “Azərenerji” ASC-nin vəzifəli şəxsləri dövlət müəssisəsini özlərinin qanunsuz biznesinə çevirərək əhaliyə əziyyət verməklə böyük gəlirlər əldə etmiş olurlar.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
\\ pia.az \\
Geri qayıt