Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Qara əməlli general ağ “Range Rover”lə meydan sulayır
Qara əməlli general ağ “Range Rover”lə meydan sulayır8-04-2024, 16:12 |
"Artıq son 2-3 ildir ki, “Tərtər işi” çərçivəsində hərbçilərimizi qeyri-insani işgəncələrə məruz qoyan, bu işgəncələrə göz yuman, hərəkət və ya hərəkətsizliyindən əsgər və zabitlərimizin ölümünə səbəb olan şəxslərin müəyyən edilərək cəzalandırlması istiqamətində mühüm işlər görülməkdədir. Bu barədə dia-az.life-ya göndərilən məqalədə deyilir. Məqalə müəllifi yazır: "Artıq bir neçə şəxs müqəssir kimi məhkəmə qərarı ilə məsuliyyətə cəlb edilib ki, bu da haqqın, ədalətin bərpası baxımından təqdirəlayiqdir. Ancaq təəssüflər olsun ki, bu gün də adı Tərtər işində hallansa da bugünə qədər məsuliyyətdən kənarda qalan, məhkəmələrdə yalnız şahid kimi ifadə verən şəxslər də var. Bunlardan biri də general Rasim Əliyevdir. Tərtər hadisləri zamanı Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinə rəhbərlik etmiş Rasim Əliyev hərbçilərimizə qarşı baş verən haqsızlıqlara etiraz etməmiş, baş verənləri sadəcə seyr etmişdir. Onun hərəkətsizliyi, iradəsizliyi səbəbindən baş verən qanunsuzluqlar haqqında ali hərbi rəhbərliyə məlumat verilməmiş, işgəncələrin qarşısını almaq üçün gərəkli tədbirlər görülməmişdir. Baxmayaraq ki, şahidi olduğu, məlumatlı olduğu hadisələr haqqında bütün əlaqədar şəxs və instansiyalar məlumatlandırmaq general Rasim Əliyevin bilavasitə vəzifəsi idi. Ancaq Rasim Əliyev qanunun deyil, öz şəxsi kariyerasının keşiyində dayandığı üçün susmağa üstünlük verdi. Halbuki, Rasim Əliyen baş verənlərə etiraz əlaməti olaraq ən azından istefa verə, bu qanunsuzluqlara ortaq olmaq istəmədiyini bu cür göstərə bilərdi. Ancaq bunların heç biri baş vermədi. Əksinə, Rasim Əliyev təqaüdə göndərilənə qədər öz kreslosunu əldən vermədi. Bu gün Tərtər işindəki fəaliyyətsizliyinə, iradəsizliyinə, öz vəzifəsinin öhdəsindən lazımınca gələ bilmədiyinə görə cavab verməli olan Rasim əliyev heç nə olmamış kimi ortalıqda dolaşmaqdadır. Hazırda qara əməlli general ağ “Range Rover”lə meydan sulamaqda, həlak olan hərbçilərin ailələrinə öz var-dövləti ilə göz dağı verməkdədir. Qulluq mövqeyindən istifadə edərək milyonlar qazanan general bu gün böyük biznes imperiyasına, nəhəng torpaq sahələrinə malikdir. Heç kim ondan bunca sərvətə necə, hansı yolla sahib olduğunu soruşmur. Ümid edirik ki, hüquq-mühafizə orqanları ortalıqda aydan arı, sudan duru kimi dolaşan Rasim Əliyevlə bağlı lazımi hüquqi araşdırmalar həyata keçirəcək, onun barəsində də lazimi tədbirlər görəcəkdir. Bu, həm qanunun, həmd ə ədalətin tələbinin yerinə yetirilməsi baxımından vacibdir". Geri qayıt |