Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Kərəm Həsənov hansı gizli videoçəkilişdən ehtiyat edir? – Komitə sədrini öz müavini şantaj edir

Kərəm Həsənov hansı gizli videoçəkilişdən ehtiyat edir? – Komitə sədrini öz müavini şantaj edir


12-03-2014, 13:04
Kərəm Həsənov hansı gizli videoçəkilişdən ehtiyat edir? – Komitə sədrini öz müavini şantaj edir
DİA.AZ: - Dövlət Əmlakı İdarəetmə Komitəsi (DƏİK) ilə bağlı son dövrlər xeyli sayda məlumatlar yayılmaqdadır. Əmlakla bağlı yaranmış problemlərin hamısında işin bir ucu da pulun alınaraq, yuxarılara ötürülməsinə gedib çıxır. Elə bu səbəbdəndir ki, haqlı olaraq baş verənlərdə ya Kərəm Həsənov günahkar bilinir, ya da birmənalı olaraq adı çəkilir.

Məlumata görə, DƏİK-də baş verən və əhalidən alınan külli miqdarda rüşvətin həqiqətən də komitə rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. Məlumatlı mənbələr bildirirlər ki, Kərəm Həsənovun nəzarəti altında həyata keçirilən «əməliyyatlar»dan toplanan pullar isə yaradılmış «ümumi kassaya» ötürülür və pulu verən idarə müdirlərinin adı dəftərə qeyd olunur.

Mənbə bildirir ki, hər bir idarə müdiri də ayın sonunda ödədiyi pulun müqabilində «paket»ini alaraq, işini yekunlaşdırır. Həmin pullara nəzarət edən şəxs isə Kərəm Həsənovun ən yaxın adamıdır. Məlumatlara görə, Dövlət Reyster Xidmətlərinə nəzarət edən Rafiq Cəlilov yığılan bütün məbləğləri «ümumi kassaya» yerləşdirir və bölüşdürməyi həyata keçirir.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədrinin müavini postunu tutan Rafiq Cəlilov əslində bu vaxta qədər kölgədə qalmasına maraq göstərib və buna bacardığı qədər nail olub da. Mənbənin söylədikləri: «Mətbuatda belə Rafiq Cəlilovun ad ən az rast gəlinənidir ki, bu da birbaşa olaraq ƏMDK sədrinin müavininin fərasəti kimi qəbul edilməlidir. Əslində bütün proseslər onun nəzarəti altında həyata keçirilir».

Xatırladaq ki, bir neçə il əvvəl Rafiq Cəlilovun oğurlandığı haqda informasiyalar da yayılmışdı. Xəbərdə deyilirdi ki, «oğrular» komitə sədrinin müavinini kabinetindən aparıblar və iki gün saxladıqdan sonra sərbəst buraxıblar. Rafiq Cəlilovun hansı hüquq-mühafizə orqanı tərəfindən və nəyə görə saxlanıldığı barədə isə hələ də dəqiq bilgilər yoxdur.

Kərəm Həsənov hansı gizli videoçəkilişdən ehtiyat edir? – Komitə sədrini öz müavini şantaj edir

Qeyd edək ki, Rafiq Cəlilov Kərəm Həsənovun yaxın qohumudur. Rafiq Cəlilov Kərəm Həsənovun əksər gizlinlərini bilir. Onu oğurlamaqla komitə sədrinin ayrı-ayrı şəxslərin adına rəsmiləşdirdiyi əmlakların siyahısını dəqiqləşdiriblər. Vaxtilə Kərəm Həsənovun özünü də oğurlayıb ondan sabiq iqtisadi inkişaf naziri və xeyirxahı Fərhad Əliyevin əmlaklarının siyahısını almışdılar.

Bu barədə dia-az.life-a daxil olan məlumatda isə qeyd olunur ki, əslində bu «oğurlanmalar» daha çox «obşıy katyol»a xəyanət zamanı da baş verir: «Rafiq Cəlilov Kərəm Həsənovun yaxın adamı olsa da, ona etimadsızlıq var. Amma Kərəm Həsənov məhz sirrlərini bildiyindən Rafiq Cəlilovla üzülüşə bilmir. Halbuki ona dəfələrlə «Rafiq Cəlilov sənə problem olacaq» xəbərdarlığı edilib».

Məlumatı verən mənbə onu da əlavə edib ki, Rafiq Cəlilov olduqca usta tərpənərək Kərəm Həsənovla bağlı ciddi kompramatlar əldə edib: «Həmin informasiyalar videogörüntülərdən və konkret sənədlərdən ibarətdir. Hazırda həmin sənədlər nüfuzlu qəzetçilərdən birinin əlində də var. Və eyni zamanda bir neçə ünvanda nüsxələr saxlanılır. Bunu yaxşı bildiyindən Kərəm Həsənov Rafiq Cəlilovun «arzularını yerinə yetirmək» zorundadır».

Geri qayıt