Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR?

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR?


16-04-2024, 10:58
Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR?
Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Şahlar Hüseynov Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində qanunsuz obyekt tikdirir...

Poliqon.info xəbər verir ki, bu burədə Facebook sosial şəbəkəsində “Beyləqan Xəbərləri” səhifəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, Şahlar Hüseynov baş həkim təyin edildikdən sonra Sevil Qazıyeva küçəsində 2 mərtənbəli obyekt tikdirməyə başlayıb. Obyektin tikintisi üçün isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi yoxdur. Bildirilir ki, baş həkim obyektin tikintisi üçün icazəni Beyləqan rayon icra hakimiyyətindən hansısa yollarla “alıb”.

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR?

Qeyd edək ki. məsələ iləbağlı Poliqon Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Şahlar Hüseynova sorğu ilə müraciət edib. Sorğudan sonra Şahlar Hüseynov redaksiyamıza zəng edərək bildirib ki, tikilən obyektin sənədi var və bu iki mərtəbəli bina heç də qanunsuz tikilmir. Biz ondan sənədin surətini redaksiyamıza təqdim etməyi xahiş eləsək də, baş həkim sorğumuzu cavabsız buraxdı.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin Dövlət Reyestrində Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsində 2 mərtənbəli obyektin inşası ilə bağlı heç bir məlumat tapa bilmədik.

Məsələnin maraqlı tərəfindən biri də odur ki, redaksiyamıza zəng edərək tikilən binanın qanunsuz olmadığını bildirən Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Şahlar Hüseynov faktiki olaraq bizneslə məşğul olduğunu etiraf etmiş oldu. Bu isə artıq TƏBİB-in bu etirafa hansı prizmadan yanaşacağı ilə bağlı məsələdir. Ümid edirik ki, istər TƏBİB, itərsə də baş həkim məəsələyə daha ətraflı şıkildə aydınlıq gətirər.

Geri qayıt