Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR...
Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR...18-04-2024, 12:59 |
"Gömrük orqanlarının bu qədər "operativ" işlədiyini bilmirdim. Deməli, vətəndaş Bakı Baş Gömrük İdarəsində rastlaşdığı neqativ proseslərlə bağlı şikayət ünvanlayıb. Baş İdarədən onu görüşə dəvət ediblər ki, gəl, araşdıraq". dia-az.life bildirir ki, bunu öz açıqlamasında tanınmış jurnalist Samir Feyruzov bildirib. Jurnalist daha sonra qeyd edir: "Amma məsələ bundadır ki, dəvət məktubu bu gün - aprelin 18-də vətəndaşa verilib, görüşə isə martın 18-nə dəvət ediblər. Yəni, vətəndaş bir ay geri hoppanmalıdır ki, şikayətinə baxsınlar, əgər hoppana bilsə, problemini araşdıracaqlar. Öyrəndim, bu, poçtla bağlı problem deyil, sadəcə gömrük işçiləri haqqını tələb edən şəxsləri lağ obyektinə çevirmək üçün belə bir addım atırlar". Geri qayıt |