Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Həbsdə olan jurnalistlər Prezidentə müraciət etdi
Həbsdə olan jurnalistlər Prezidentə müraciət etdi23-04-2024, 11:35 |
Həbsdə olan jurnalistlər İlqar Atabəyli və Sənan Həsənoğlu Prezdient İlham Əliyevə müraciət edib. Bu barədə Reportyor.info-ya jurnalistlərin yaxınları bildirib. İlqar Atabəyli və Sənan Həsənoğlu müraciətlərində may ayında gözlənilən əfv sərəncamının onlara da şamil olunmasını xahiş edirlər: “Cənab Prezident, artıq 3 ilə yaxındır ki, həbsdəyik. Ailəmizin yeganə qazanc gətirəni bizik. Bu müddət ərzində ailəmiz xeyli çətinliklər yaşayıb və yaşamaqdadır. Cənab Prezident, Sizin humanist bir şəxs olduğunuz sirr deyil. Demək olar ki, hər il təqmivin əlamətdar günlərində əfv sərəncamı imzalayırsınız. Yüzləlrə insana, ailəyə sevinc bəxş edirsiniz. Bu il də əfv sərəncamı imzalayacağınız barədə məlumatlar yayılıb. Biz də Sizin humanistliyinizə sığınıb bu sərəncamdan yararlanmaq istəyirik. Ümid edirik və inanırıq ki, bu dəfə bizə və ailəmizə belə bir sevinc qismət olacaq”. Xatırladaq ki, Sənan Həsənoğlu vaxtilə AzTV-də və digər televiziya kanallarında Qarabağ bölgəsi üzrə müxbir vəzifəsində çalışıb və 2016-cı ilin “Aprel döyüşləri” zamanı bu şəxsin fəaliyyəti hərbi komandanlıq tərəfindən fədakar jurnalist kimi də qiymətləndirilib. İlqar Atabəyli isə, media cameəsində özünün istedadı, bacarığı, yüksək potensialı və s. ilə ad-san çıxaran qələm əhli olaraq tanınıb. Ailənin yeganə qazanc gətirəni olan Sənan Həsənoğlu, 1-ci Qarabağ Müharibəsinin iştirakçısı olmaqla bərabər, həbs olunduğu vaxta qədər ağır cərrahi əməliyyat olunub və ürək nahiyəsinə 7 ədəd stend də qoyulub. İlqar Atabəyli də oxşar qaydada ailənin yeganə qazanc gətirəni olub və onun himayəsində azyaşlı övladları var ki, onlardan biri ağır xəstədir. Geri qayıt |