Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..."
"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..."26-04-2024, 12:23 |
İmişli rayonu, Qaraqaşlı kənd sakini Muradov Möhsüm Əhmədağa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə səlahiyyətli qurumlara müraciət edir: “Mən, Muradov Möhsüm Əhmədağa oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız. Bilidrirəm ki, 1990-cı ildən 1994-cü ilədək "Yaşma"da yerləşən N saylı hərbi hissədə xidmət etmişəm. 1994-cü ilin aprel ayında Ağdam bölgəsinə getmişəm. Həmin vaxtlarda səhhətimdə ciddi problemlər yaranıb. Yaddaş itkisi ilə yanaşı, qulaqlarımda problem yaranıb və əsəblərimdə gərginlik olub. O vaxtdan bu günə qədər heç yerdə işləyə bilmirəm, utana-utana yaşayıram. Veteranlığımı da vermədilər. Dövlətdən heç bir vəsait almıram. Dəfələrlə müraciət etsəm də, fayda vermədi. 3 uşaq atasıyam, gələcəyin 2 əsgərini böyüdürəm. 43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik. Səbəb isə odur ki, rayonda su yoxdur. Vəzifədə oturanlar deyirlər ki, kəndlinin torpağı var, əkib-becərsin, ölməsin. Əkib-becərmək üçün sahəni sulamaq lazımdır. Vəzifədə oturanlar əslində yaxşı bilirlər ki, harda vəziyyət necədir, sadəcə vəzifələrindən sui-istifadə edirlər. Mən və övladlarım nə üçün əziyyət çəkməliyik? Qıraqdan baxana döyüş asan gəlir...". Geri qayıt |