Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şərurlu İsfəndiyarla bağlı hüquqi araşdırmalara START VERİLİR...
Şərurlu İsfəndiyarla bağlı hüquqi araşdırmalara START VERİLİR...10-05-2024, 10:27 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Axundov İsfəndiyar Məhəmməd oğluna (Şərurlu İsfəndiyar) cərimə yazıb. İqtisadiyyat.az xəbər verir ki, buna səbəb onun əmək qanunvericiliyini pozması iddiasıdır. Dövlət Xidməti daxil olan müraciət əsasında aşkarladığı nöqsanlara görə Şərurlu İsfəndiyar barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edib. Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq. Şərurlu İsfəndiyarın barəsində protokol tərtib olunan maddədə deyilir ki, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Xatırladaq ki, Şərurlu İsfəndiyar kimi tanınan iş adamı 2001-ci ildə yaratdığı “Şərur” MTK-nın sahibidir. Geri qayıt |