Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Fətullah Gülən məktəblərini neft şirkəti satın almayıb, sponsoruna çevrilib – İz azdırmağa çalışırlar

Fətullah Gülən məktəblərini neft şirkəti satın almayıb, sponsoruna çevrilib – İz azdırmağa çalışırlar


17-03-2014, 13:33
Fətullah Gülən məktəblərini neft şirkəti satın almayıb, sponsoruna çevrilib – İz azdırmağa çalışırlar
DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycanda nurçulara aid təhsil ocaqlarına bir növ rəsmi qaydada əl qoyuldu. Belə ki, Dövlət Neft Şirkəti Fətullah Gülən cameəsinin ölkəmizdəki təhsil müəssisələrini satın aldı.

Bu barədə ARDNŞ-nin öz rəsmi məlumatında belə deyilirdi: “SOCAR sosial məsuliyyətini dərindən dərk edən bir şirkət olaraq, Azərbaycanda və fəaliyyət göstərdiyi bölgə ölkələrində təhsilin inkişafına öz töhfələrini verir. Şirkətin nəzdində fəaliyyət göstərən “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyi respublikamızda məktəb yaşlı uşaqlara, yeniyetmələrə və gənclərə özəl təhsil müəssisələri vasitəsi ilə beynəlxalq standartlara uyğun təhsil vermək, fransız, ingilis məktəblərinin ənənələrini və proqramlarını ölkəmizə gətirib tətbiq etmək məqsədi ilə yaradılmışdır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçən Birlik bütün səviyyələrdə təhsil müəssisələri təsis etmək və işlətmək, dünyanın aparıcı institutları, təhsil müəssisələri, univesitetləri ilə əməkdaşlıq qurmaq, ictimai qurumlara daxil olmaq, xeyriyyə, maarifləndirmə tədbirləri keçirmək, həmçinin konfranslar, seminarlar, simpoziumlar təşkil etmək, milli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək hüququna malikdir. Birliyin fəaliyyət dairəsinə onun nəzdində faəliyyət göstərən Bakı İstedadlar Təhsil Kompleksi və digər tədris müəssisələrində təhsil alanların fiziki və intellektual inkişafı, zəruri biliklərə yiyələnməsi, onlarda sağlam həyat tərzinin və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşdılması, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hissinin aşılanması, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsi, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətinin təmin edilməsi kimi aktual məsələlər daxildir. İctimai Birlik yeni yaradılmasına baxmayaraq, ölkənin təhsil ictimaiyyətinin böyük marağına səbəb olmuşdur.

Martın əvvəllərində “Çağ Öyrətim İşlətmələri” MMM-nin “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri sırasına qoşulmasına dair ARDNŞ ilə birgə bəyanat imzalanıb. Bununla da İctimai Birliyin təsisçiləri ARDNŞ, “Praktikal Salyuşns Qrup” MMC və “Çağ Öyrətim İşlətmələri” MMM oldular”.

Fətullah Gülən məktəblərini neft şirkəti satın almayıb, sponsoruna çevrilib – İz azdırmağa çalışırlar

Yəni rəsmi məlumatdan da aydın olur ki, əslində nurçulara aid təhsil ocaqlarının dünənə qədərki şəriksiz sahibləri olan “Çağ Öyrətim İşlətmələri” MMM əslində bu gün də əvvəlki hüquqlarını qorumaqdadır. Bu isləri nurçuların Azərbaycanda dayaqlarının zəifləmədiyi, əksinə ARDNŞ pulları ilə daha da gücləndiyi haqda iddiaları daha da gücləndirməkdədir.

DİA.AZ-ın apardığı araşdırmalar isə ortaya daha maraqlı faktları çıxarıb. Belə ki, məlumatlı mənbələr hələ də nurçu təsirində qalan həmin tədris ocaqları ilə bağlı yeni planın işləndiyini söyləyirlər. Mənbə iddia edir ki, plana uyğun olaraq “Çağ Öyrətim İşlətmələri” MMM-ə aid olan “Qafqaz” Universitetinin adı belə dəyişdirilə bilər: “Bütün bunlar təbii ki, iz azdırmağa hesablanıb. Amma yenə də əvvəlki vəziyyətdir. Nurçulara “gözün üstündə qaşın var” deyən də yoxdur”.



Geri qayıt