Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > BU NƏDİ BELƏ: Yenə mal-material çatışmamazlığı?
BU NƏDİ BELƏ: Yenə mal-material çatışmamazlığı?24-05-2024, 13:15 |
"Yenə? İndi mal-material çatışmamazlığı? Demontaj olunmuş borular da qurtardı?" dia-az.life xəbər verir ki, bunu öz etirazında "Azəriqaz" istehsalat Birliyinin rəhbərliyinə xitabən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı qeyd edib. Hüquq müdafiəçisi daha sonra əlavə edib: "Aldığım məlumata görə, "Azəriqaz" İB TTİ bu dəfə Azərbaycan Respublikasının Əmək Məzəlləsinin 169-cu maddəsini əsas gətirərək, yəni mal-material çatışmamazlığıgına görə işçiləri məcburi məzuniyyətə, məzuniyyəti olmayan işçini isə məcburi boşdayanmaya (əmək haqqının 2/3 ödənilməsi şərtilə) göndərir. İşçiləri narahat edən isə boşdayanma müddətinin məzuniyyət müddəti qədər nəzərdə tutulmasıdır". dia-az.life bildirir ki, bunun ardından NHMT sədri öz qeydini də paylaşıb: Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci bəndi bütün boşdayanma hallarına deyil, yalnız bu maddədə göstərildiyi kimi: işçinin təqsiri olmadan baş verən boşdayanma vaxtı, işçi üçün müəyyən edilmiş dərəcənin, tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir , Bu maddə daha geniş boşdayanma hallarında tədbiq olunmamalıdır. Qeyd olunan hüquq normasının məzmunundan da görünür ki, bu hüquq norması yalnız işəgötürənə aiddir, ✅yalnız qısa müddətli hallara olan boşdayanmalara aiddir, yalnız bu maddədə göstərilən qaydada tədbiq edilə bilər. Məsələn, işəgötürən tərəfindən işçilərin iş yerlərinə çatdırıla bilməməsi, hava şəraiti ilə əlaqədar, qarşısı alınmaz hallarla, nəqliyyat problemi ilə və sair hallarla əlaqdar iş yerlərinin mal-materiallarla, avadanlıqlarla (sement, qum, boru və sair), alətlərlə təmin edilməməsi zamanı yaranan boşdayanmalara aiddir. Burada da əsas şərtlər: boşdayanma hallarının işəgötürən səbəbindən baş verməsi, işəgötürənin iradəsindən asılı olması və ya olmaması səbəbindən baş verməsi və ✅qısa müddətli olmasıdır..." Geri qayıt |