Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Onu devirmək istəyən var imiş...

Onu devirmək istəyən var imiş...


29-05-2024, 10:44
Onu devirmək istəyən var imiş...
YAP Pirallahı rayon Təşkilatının sabiq sədri, hazırda Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsini tutan Manaf Manafovla bağlı məlumat var.

"Azərbaycan Reallığı" xəbər verir ki, Manaf Manafovla Nərimanov icra başçısı Elgin Həbibullayev arasında gizlin savaş başlayıb. Hər iksinin Bakı merinin kadrı olmasına baxmayaraq, Manaf Manafovun icra başçısına qarşı savaşının arxasında onun yerinə göz dikməsi ilə bağlı olduğu deyilir.

"Azərbaycan Reallığı"na daxil olan məlumatda iddia edilir ki, son günlər Nərimanov icra başçısı Elgin Həbibullayev haqqında bəzi media resurslarında dərc edilən neqativ yazılaırn sifarişçisi Manaf Manafovdur.

Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elgin Həbibullayevi hədəfə gətirməklə onu iqtidarın yuxarı dairələrinin gözündən salmaq niyyəti güdür. Mənbəmiz qeyd edir ki, Elgin Həbibullayevdə Manaf Manafovun bu niyyətindən xəbər tutduğu üçün onun üzərində nəzarəti gücləndirib.

Belə ki, Nərimanov icra başçısı davamlı olaraq rayon ərazisini gəzərək Mənzil Kommunal Təsərrüfat Birliyinin işlərini yoxlayır.

Qeyd edək ki, Nərimanov rayonun bir çox yerlərində zibillik ərazilər mövcuddur. Məhz təmiz olmayan yerləri bəhanə edən Elgin Həbibullayev haqlı olaraq Manaf Manafovun üzərinə gedərək onu sıxışdırır.

Geri qayıt