Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Bu nə cür qayda-qanundur?.."
"Bu nə cür qayda-qanundur?.."3-06-2024, 09:29 |
"Şikayətimi "Bakubus", "Bakukart" programı ilə bağlıdır". Dia-az.İnfo xəbər verir ki, bunu Roman Şabanov adlı istifadəçi "Müştərinin Səsi" qrupundakı paylaşımında ifadə edib. Narazı vətəndaş daha sonra yazır: "Bildirmək istəyirəm ki, bu nə cür qayda-qanundur? QR aktiv eləmək üçün, ancaq 1 manat olmalıdır balansda... Dünən mənim balansımda 0.95 qəpik varidi... avtobus gəlir 25 dəqiqədən bir... Amma gələndə mən QR kod aktiv eliyə bilmədim... Yazdılar ki, balansda 1 manatdan çox olmalıdır... Mən avtobusa minə bilmədim... Məcburən programa 1 manat yükləməliydim... Belə çıxır ki, əgər balansa 1 manat yükləsən, cəmi 1 dəfə avtobusa minə bilərsən..." Geri qayıt |