Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Qarabağda böyük TİKİNTİ TENDERLƏRİ: Milyonları bu qurumlar aldı...
Qarabağda böyük TİKİNTİ TENDERLƏRİ: Milyonları bu qurumlar aldı...5-06-2024, 13:23 |
İşğaldan azad olunmuş ərazilərdə daha bir rayonda tikintilər başlayır. Dia-az.İnfo xəbər verir ki, Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti Ağdam rayonu ərazisində tikinti-quraşdırma işlərinin satın alınması 6 böyük tender keçirib. Tenderlərin nəticəsi olaraq dövlət qurumu tenderlərin qaliblərinə ümumilikdə 90 milyon manat ödəyəcək. Qeyd edək ki, tenderlər çərçivəsində Ağdam rayonu ərazisində ümumilikdə 570 mənzildən ibarət 27 ədəd yaşayış binası, 2 mərtəbəli inzibati bina, klub-icma mərkəzi, məktəb və bayraq meydanı tikiləcək. Bu dəfə tenderlərdə ən çox sifariş alan şirkət "Azəraqrartikinti" ASC şirkəti olub. Adı çəkilən şirkət 35,5 milyon manatlıq 2 tenderi udub. "El-Seym İnşaat" QSC şirkəti ən böyük tenderi udub – 20 milyon manat. Tenderlər çərçivəsində "Rabitəinşaat" ASC 13,8 milyon manatlıq, "Ricon" MMC 12 milyon manatlıq tender udub. Siyahıda ən “kiçik” tenderi "As-Təmir Tikinti" MMC qazanıb – cəmi 8,1 milyon manat. Şirkətlər haqqında daha detallı: Qeyd edək ki, "As-Təmir Tikinti" MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Mustafayev Ağasəf oğludur. Hüquqi ünvanı AZ1803, Şirvan şəhəri, Vidadi, ev dön 4 , m. 7 ünvanında yerləşir. Qeyd edək ki, “El-Seym İnşaat” QSC 1996-cı ildə yaradılıb, nizamnamə kapitalı 152 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yaşar Ələkbərov Kəmənd oğludur. Hüquqi ünvanı Az1007, Bakı Şəhəri Nəsimi Rayonu, Vladislav Plotnikov, ev 14, m. 1 ünvanında yerləşir. Qeyd edək ki, "Azəraqrartikinti" ASC 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 11 229 400 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ramin Məmmədov Cümşüd oğludur. Hüquqi ünvanı AZ1141, Bakı şəhəri Yasamal rayonu, Şəfayət Mehdiyev, ev 93 ünvanında yerləşir. Qeyd edək ki, "Rabitəinşaat" ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yelmar İskəndərov Əmirxan oğludur. Hüquqi ünvanı AZ1033, Bakı şəhəri Nərimanov rayonu, Təbriz, ev 227C ünvanında yerləşir. Qeyd edək ki, “Ricon” MMC 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəşad İsmayılov Rəhim oğludur. Hüquqi ünvanı AZ1025, Bakı Şəhəri Xətai rayonu, Mərkəzi Bulvar küçəsi , ev 22 ünvanında yerləşir. Daha detallı aşağıdakı cədvəldə : Geri qayıt |